ABŞ İrana investisiya qoymaq niyyətində deyil Tramp
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vaşinqton münaqişənin həlli çərçivəsində İrana investisiya qoymaq niyyətində deyil, lakin digər ölkələrin bunu etməsini qadağan etmir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
"ABŞ-nin ivestisiya qoyacağı ilə bağlı məlumat yalandır. İstəsəniz, investisiya qoya bilərsiniz. Mən sizə bunu etməyinizə əngəl olmayacağam. Amma biz, ABŞ heç 10 sent belə investisiya qoymayacağıq", - Tramp bildirib.
Qeyd edək ki, mediada İranın ABŞ ilə razılaşmanın bir hissəsi olaraq 300 milyard dollar investisiya alacağı ilə bağlı xəbərlər yayılıb.
O, həmçinin bildirib ki, İran iqtisadiyyatına investisiya qoyuluşu məsələsində Körfəz Ərəb ölkələri ilə danışıqlar aparmır.
Daha əvvəl "Əl-Ərəbiyyə" telekanalı İran və ABŞ arasında imzalanması gözlənilən müqavilənin mətnini yaymışdı. Sazişdə deyilirdi ki, ABŞ və onun regional tərəfdaşları ən azı 300 milyard dollar maliyyələşdirmə təmin etməklə İranın yenidən qurulması və inkişafı üçün plan hazırlamağa öhdəlik götürürlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 17 İyun 2026 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















