Icma.az
close
up
RU
ABŞ İrana nə zaman hücum edəcək? Çin “əngəlləyir”

ABŞ İrana nə zaman hücum edəcək? Çin “əngəlləyir”

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İran ABŞ-ın hərbi müdaxiləsində ən çox güvəndiyi ölkə Çindir. Bəs, bu müdaxilə baş verərsə, Çin İranı ciddi şəkildə müdafiə edərmi?

Axar.az xəbər verir ki. bu suala politoloq Heydər Oğuz cavab verməyə çalışıb.

“1. Əvvəla, İran Çin üçün ən mühüm yanacaq bazasıdır. Statistik məlumatlara görə, Çin ümumi neft idxalının 12-14 faizini İrandan alır. Rəqəm kiçik görünə bilər. Amma ABŞ-ın İranı fəth etməsi digər Körfəz ölkələrinin də neft ixracına ciddi zərbə vurur. Hətta hazırda ABŞ hərbi gəmilərinin Hörmüz boğazı yaxınlığında lövbər salması belə Vaşinqtonun öz istəyinə qovuşması mənasına gəlir. Çünki Çinin neft idxalının 69-70 faizi Körfəz ölkələrinin payına düşür. Hörmüz boğazının bağlanması faktiki olaraq Çin sənayesinin qanı sayılan neft idxalının 70%-nin kəsilməsi və iqtisadi çöküşü anlamına gəlir;

2. İran geosiyasi yerləşimi baxımından Çinin ən böyük rəqibi sayılan Hindistanın Orta Asiyaya açılan qapısıdır. İranı itirmək Çin üçün Orta Asiyanın da Hindistanın nəzarətinə keçmək perspektivini yaradır;

3. İran ABŞ-ın Birinci Adalar Silsiləsi strategiyası ilə Sakit okeana çıxışı bağlanan Çinin həyata keçirdiyi “Bir kəmər - bir yol” layihəsində önəmli güzargahlardan biridir. Zira Sakit okeana çıxışı bağlanan Çinin Pakistan üzərindən çəkilən CPEC magistral yolu Ərəb dənizində İran sahilləri boyunca Yaxın Şərqə, o cümlədən Türkiyənin müəllifi olduğu “Qalxınma yolu”na doğru irəliləyir. Bu xətt “Bir kəmər - bir yol”un cənub marşrutudur. ABŞ-ın İranı nəzarət altına alması həmin marşrutun taleyini də qeyri-müəyyənliyə sürükləyir;

4. İran həm də Çinin ən böyük düşməni hesab olunan ABŞ-ın regiondakı təbii müttəfiqidir. İran təslim olarsa, ABŞ-ın Çinə hücumunun qarşısını kəsəcək ən ciddi maneələrdən biri də ortadan qalxacaq. Nəticədə Çin açıq hədəfə çevriləcək.

Bütün bu amillər ABŞ-ın İrana müdaxiləsinə Çinin laqeyd qalmamasını tətikləyən başlıca səbəblərdir. Bu da istər-istəməz ABŞ-ın İrana hücum strategiyasına da ciddi təsir göstərir”, - o bildirib.

Ekspert qeyd edib ki, son zamanlar ABŞ-ın İrana hücum məsələsində tərəddüdlü addımlar atmasının da səbəbi bu amillərlə bağılıdır:

“Trampın ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğana zəng edib “siz necə düşünürsünüz, İrana hücum edim” deyə soruşması da sözügedən tərəddüdlərdən irəli gəlir. Təbii ki, Türkiyə həm regional təsirləri, həm də yuxarıda qeyd edilən “Qalxınma yolu” projesinin təhlükəyə düşməsi səbəbindən Trampa “buyur, hücum et” deməzdi, yəqin ki, deməyib də.

Regional müttəfiqlərini itirmək istəməyən ABŞ Prezidenti Donald Trampın indiki şəraitdə tək yolu qalıb: Hörmüz boğazına göndərdiyi donanmasını Fars körfəzinin ağzında saxlamaq və bacardığı qədər bu su hövzəsindən Çinə gedən tankerlərin qarşısını kəsmək. Bu istəyinə onsuz da nail olan ABŞ-ın yaxın zamanlarda İrana hücum edəcəyi ehtimalına ciddi baxmıram. Fikrimcə, ABŞ “Abraam Linkoln” təyyarədaşıyıcısını uzun müddət Hörmüz boğazında saxlayacaq və İranın neft ticarətini tamamilə əngəlləməyə çalışacaq. Beləcə, ilk zərbəni İrandan gözləyəcək. Bu təxribatı baş tutarsa, saxta legitimlik qazanaraq İrana ağır zərbələr endirəcək. Trampın sözügedən təxribat planının baş tutması isə uzun müddət çəkə bilər. Hardasa yay aylarına qədər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Yanvar 2026 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri