ABŞ İrana qarşı daha 10 min hərbçi göndərir Tramp variantları nəzərdən keçirir
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, ABŞ prezidenti Donald Trump İrana qarşı aparılan əməliyyatlar fonunda bölgəyə əlavə 10 min hərbçinin göndərilməsi imkanını nəzərdən keçirir. Bildirilir ki, yeni kontingentin tərkibinə piyada qoşunları və zirehli texnika daxil olacaq. Eyni zamanda, artıq təxminən 5 min dəniz piyadası və bir neçə min desantçıya bölgəyə yola düşmək əmri verildiyi qeyd olunur.
Nəşrin yazdığına görə, qüvvələrin konkret olaraq hansı ölkə və ya əraziyə yerləşdiriləcəyi hələlik açıqlanmır. Bununla belə, onların həm İran ərazisinə, həm də Xarq adasına yaxın məsafədə dislokasiya olunacağı ehtimal edilir.
Ekspertlər hesab edirlər ki, bu addım Vaşinqtonun regionda hərbi-siyasi təzyiqini artırmaqla yanaşı, mümkün eskalasiya risklərini də yüksəldə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 27 Mart 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















