ABŞ İrana qarşı dəniz blokadasını dayandırdı
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ ordusu İrana qarşı dəniz blokadasına son qoyub və artıq İran limanlarına daxil olan və ya çıxan gəmilərin hərəkətinə müdaxilə etmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Bu gün ABŞ qüvvələri Prezidentin göstərişinə uyğun olaraq, İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan bütün dəniz nəqliyyatının blokadasını qaldırıb. ABŞ qüvvələri Fars körfəzi və Oman körfəzindəki İran limanlarına və limanlarından gəmilərin tranzitinə müdaxilə etmir. ABŞ-nin hərbi blokadanı tətbiq etmək üçün bütün səyləri dayandırılıb”, - bəyanatda deyilir.
CENTCOM əlavə edib ki, ABŞ hərbi gəmiləri əldə edilən razılaşmaların icrasını izləmək üçün regionda qalacaq. Komandanlığa görə, onların missiyası razılaşmanın bütün müddəalarına riayət olunmasını təmin etmək və onun icrasına nəzarət etmək olacaq.
Bu mövzuda digər xəbərlər:ABŞ İrana dəniz blokadasını tam aradan qaldırıb
01 İyul 2026 11:14
ABŞ İrana qarşı dəniz blokadasını gücləndirir: yeni hava zərbələri endirilib
15 İyul 2026 18:26
“İrana qarşı dəniz blokadasını ləğv etdim” Tramp
23 İyun 2026 16:31
ABŞ İrana zərbələri dayandırdı
12 İyul 2026 09:32
ABŞ İrana hücumu dayandırdı RƏSMİ
10 İyun 2026 09:13
Baxış sayı:100
Bu xəbər 18 İyun 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















