Icma.az
close
up
RU
ABŞ İrana qarşı əməliyyatda məqsədlərinə çatırmı?

ABŞ İrana qarşı əməliyyatda məqsədlərinə çatırmı?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Tehran Ağ Ev rəhbərinin iddialarını təkzib edir

ABŞ-la İsrailin İrana qarşı müharibəsi bir aydan artıqdır ki, davam edir. Fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayan ABŞ və İsrail İranın böyük şəhərlərinə aviazərbələr endirir. İran ordusu isə buna cavab olaraq Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərinə, İsrailə raket və dron hücumları həyata keçirir. Tehran, eyni zamanda, Hörmüz boğazını ABŞ və İsrail, həmçinin İrana qarşı təcavüzü dəstəkləyən ölkələrin gəmiləri üçün bağlayıb.

Tramp: İranı Daş dövrünə qaytarmağa çalışacağıq

Münaqişənin sonlandırılması üçün bir sıra ölkələr təşəbbüs gəstərsələr də, hələ konkret nəticə yoxdur. ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə İranın danışıqlar təklif etdiyini desə də, Tehran bunu təkzib edib. Tramp özünün sosial media hesabında yazıb ki, “İranın yeni Prezidenti, sələflərindən daha az radikallaşmış və daha ağıllı olan bu şəxs, Amerika Birləşmiş Ştatlarından atəşkəs istəyib. Biz bunu Hörmüz boğazı açıq, azad və təmiz olanda nəzərdən keçirəcəyik. O vaxta qədər İranı məhv etməyə və ya, necə deyərlər, Daş dövrünə qaytarmağa çalışacağıq”.

Donald Tramp xalqa müraciətində isə deyib ki, ABŞ İrana qarşı əməliyyatda əsas məqsədlərinə çatmaq üzrədir. Onun sözlərinə görə, Amerika ordusu İrana qarşı əməliyyatda “son dərəcə yaxşı nəticə göstərib”. ABŞ yaxın iki-üç həftə ərzində İrana qarşı zərbələri gücləndirəcək. Tramp İranın dəniz və hava qüvvələrinin məhv edildiyini və raket potensialının tezliklə minimuma endiriləcəyini iddia edib.

Ağ Ev rəhbəri onu da qeyd edib ki, ABŞ İranın razılığa gəlmədiyi təqdirdə onun elektrik stansiyalarını və neft infrastrukturunu məhv etməyə hazırdır: “İran artıq ABŞ üçün real təhlükə olmaqdan çıxıb”.  Donald Tramp xalqa müraciətində İranla münaqişə bitdikdən sonra Hörmüz boğazında gəmiçiliyin tam bərpa olunacağını bəyan edib. Onun sözlərinə görə, Birləşmiş Ştatların Hörmüz boğazına ehtiyacı yoxdur və regionda gəmiçiliyin bərpası ilə buradan neft tədarük edən ölkələr məşğul olmalıdırlar.

İran XİN: ABŞ-la heç bir danışıqlar aparılmır

Rəsmi Tehran isə ABŞ-la danışıqlar aparılması barədə deyilənləri təkzib edib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayinin sözlərinə görə, Tehran münaqişənin həlli ilə bağlı “həddindən artıq sərt və məntiqsiz” tələbləri ehtiva edən təkliflər alıb: “Aldığımız mesajlar həddindən artıq sərt və məntiqsiz tələbləri ehtiva edir. Buna görə də iranlılar onlara xüsusilə ehtiyatlı yanaşırlar”. XİN nümayəndəsi vurğulayıb ki, hazırda İran və ABŞ arasında heç bir danışıqlar aparılmır.

İran Hörmüz boğazından istifadəyə gəlincə, Tehran Avropa, Asiya və ərəb ölkələri ilə müqavilələr bağlamağa hazırdır. Bu barədə İran hökuməti nəzdində fəaliyyət göstərən İnformasiya Şurasının rəhbəri Elias Həzrəti deyib. “İran Hörmüz boğazı üzərində tam nəzarətə malikdir. Bu məsələ ilə bağlı razılaşma əldə edə bilərik. Boğazdan istifadə etmək istəyən Avropa, Asiya və ərəb ölkələrini bizimlə saziş imzalamağa dəvət edəcəyik”, - deyə o, İranın dövlət televiziyasında bildirib.

“Daha qətiyyətli və dağıdıcı hərəkətlər gözləyin”

Trampın təhdidlərinə gəlincə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Ebrahim Zülfüqari bəyan edib ki, İran ABŞ və İsrailə qarşı fəaliyyətlərini əhəmiyyətli dərəcədə genişləndirəcək və intensivləşdirəcək. “Daha qətiyyətli, genişmiqyaslı və dağıdıcı hərəkətlər gözləyin”, - deyə o, müharibənin düşmənin tam alçaldılmasına qədər davam edəcəyini əlavə edib. Onun sözlərinə görə, ABŞ və İsrailin İranın sahib olduğu hərbi güc və texnika barədə natamam təsəvvürü var: “Düşünməyin ki, siz bizim strateji raket istehsalı mərkəzlərimizi, uzaqmənzilli və yüksək dəqiqlikli hücum pilotsuz uçuş aparatlarımızı, müasir hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərimizi və ya xüsusi avadanlıqlarımızı məhv etmisiniz”.

Yeri gəlmişkən, “CBS News” televiziyasının  adı açıqlanmayan bir ABŞ rəsmisinə istinadla yaydığı məlumata görə, ABŞ hərbi qüvvələri İranın mərkəzində yerləşən İsfahan yaxınlığında daha iki “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatını (PUA) itirib. Bununla da ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar dövründə itirilən bu tip aparatların ümumi sayı 16-ya çatıb. Bildirilib ki, “MQ-9 Reaper” pilotsuz uçuş aparatları əsasən kəşfiyyat, müşahidə və məlumat toplama məqsədilə istifadə olunur, eyni zamanda dəqiq zərbələr endirmək imkanına malikdir. Məlumata görə, bu aparatların müasir hava hücumundan müdafiə sistemlərinə malik ölkələrdə daha asan hədəfə çevrildiyi qeyd olunur. Onların maksimal sürəti saatda təxminən 300 mil təşkil edir ki, bu da 1200-1900 mil/saat sürətə çatan döyüş təyyarələri ilə müqayisədə xeyli aşağıdır.

Qeyd olunub ki, “MQ-9 Reaper” tipli bir pilotsuz aparatın dəyəri növündən asılı olaraq 30 milyon ABŞ dollarından artıq ola bilər. Eyni zamanda, İran dövlət mediası ölkənin İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən İsfahan üzərində ABŞ-a məxsus “MQ-9” pilotsuz aparatının vurulduğunu iddia edib.

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Aprel 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri