ABŞ İrana qarşı “ikiqat təzyiq” strategiyasını işə saldı Analitik
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tramp administrasiyası hələ genişmiqyaslı müharibədən qaçır, amma hədəf seçilmiş obyektlər masada qalır
ABŞ ilə İran arasında münasibətlər son dövrlər yenidən gərginləşib. Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi siyasi və iqtisadi təzyiqlər, eləcə də İranda davam edən daxili etirazlar beynəlxalq gündəmdə diqqətlə izlənilir. ABŞ rəhbərliyi bir tərəfdən sanksiya mexanizmlərini genişləndirir, digər tərəfdən isə hərbi variantın tam istisna olunmadığını bəyan edir.
Mövcud şəraitdə ABŞ administrasiyası diplomatiyanı prioritet kimi təqdim etsə də, regionda təhlükəsizlik balansına təsir göstərə biləcək müxtəlif ssenarilər müzakirə olunur. Hadisələrin inkişafı əsasən İran hakimiyyətinin daxili proseslərə yanaşmasından və beynəlxalq reaksiyaların hansı istiqamətdə formalaşacağından asılı olacaq. Qarşıdakı günlərdə atılacaq addımlar tərəflər arasında gərginliyin azaldılması və ya daha da dərinləşməsi baxımından həlledici ola bilər.
Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında Birləşmiş Ştatlar rəhbərliyinin, xüsusilə prezident Trampın hazırda İrana qarşı "ikiqat təzyiq" strategiyası yürütdüyünü söyləyib:
"İranda davam edən genişmiqyaslı etiraz aksiyaları fonunda etirazçılara qarşı sərt güc tətbiq ediləcəyi təqdirdə "çox güclü hərbi cavab" veriləcəyi barədə xəbərdarlıqlar edilir. Digər tərəfdən isə Tehrana qarşı 25%-lik universal tariflər kimi iqtisadi sanksiyalar işə salınır. Bu, hərbi zərbənin qaçılmaz olmadığını, lakin bir "ehtiyat variantı" kimi masada saxlanıldığını göstərir.
Ehtimal olunan zərbələr zamanı hədəf seçilə biləcək strateji obyektlər əsasən üç kateqoriyaya bölünür.
Birincisi nüvə İnfrastrukturu: İlk növbədə Fordo və Nətənz kimi yeraltı zənginləşdirmə mərkəzləri ABŞ və İsrail üçün "qırmızı xətt" hesab olunur. Keçən il həyata keçirilən məhdud zərbələr bu obyektlərə müəyyən ziyan vursa da, onların tam sıradan çıxarılması hələ də Vaşinqtonun gündəmindədir.
İkincisi hərbi və inzibati mərkəzlər: Pentaqonun hazırladığı siyahıda İranın polis qərargahları, daxili təhlükəsizlik qüvvələrinin (Bəsic və SEPAH) komanda mərkəzləri və raket bazaları xüsusi yer tutur. Bu, rejimin daxili asayişi qorumaq qabiliyyətini zəiflətməyə yönəlmiş bir addım kimi qiymətləndirilir".
Analitik üçüncü kateqoriyanın enerji və logistika olduğunu bildirib:
"İranın iqtisadi gəlir mənbəyi olan neft terminalları və körfəzdəki strateji limanlar da potensial hədəflər sırasındadır. Bununla belə, Tramp administrasiyası hələ ki, birbaşa genişmiqyaslı müharibədən qaçmağa çalışır. Ağ Ev diplomatiyanı hələ də "birinci seçim" adlandırır və Tehranın danışıqlara qayıtması üçün hərbi ritorikanı bir alət kimi istifadə edir. Hazırda ABŞ-nin əsas taktikası İrandakı daxili dinamikanın (etirazların) nəticəsini gözləmək və bu müddətdə hərbi gücü "hazır vəziyyətdə" saxlamaqdır.
Yaxın günlərdə hadisələrin gedişatı rəsmi Tehranın etirazlara verəcəyi reaksiyadan və ABŞ-nin bu reaksiyanı "qırmızı xəttin keçilməsi" kimi qiymətləndirib-qiymətləndirməyəcəyindən asılı olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 14 Yanvar 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















