ABŞ İrana qarşı taktikasını dəyişir?
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ hakimiyyəti məsələnin hərbi yolla həlli istiqamətində əvvəlki kurs əvəzinə İranı tədricən “boğmaq” strategiyasına keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp ABŞ administrasiyasının rəsmilərinə, xüsusilə də, vitse-prezident Ceyms Devid Vens, kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoffdan ibarət danışıqlar qrupuna İranla danışıqları dayandırmağı tapşırıb.
Mənbə həmçinin qeyd edib ki, ABŞ siyasi müttəfiqlərini strategiyadakı dəyişiklik barədə məlumatlandırıb. Nəticədə, İrana “dərhal zərbə endirmək” strategiyası uzunmüddətli perspektivdə onu “boğmaq” strategiyası ilə əvəz olunub.
Mənbələrə görə, Tramp Tehranın tələblərini yerinə yetirmək istəməməsindən narazıdır. O, dialoqu bərpa etməzdən əvvəl İran liderlərinin istədiyi razılığa gəldiklərini görmək istəyir.
CNN qeyd edir ki, Tramp əvvəllər dəfələrlə danışıqların yaxşı irəlilədiyini və yeni bir razılaşmanın qaçılmaz olduğunu iddia etsə də, Amerika lideri indi bu istiqamətdə heç bir diplomatik səylərin olmadığını bildirir.
Qeyd edək ki, Tramp daha əvvəl “Truth Social” sosial şəbəkə səhifəsində də ABŞ-nin İranla danışıqlar aparmadığını və bunu etmək planlarının olmadığını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:“Rusiya taktikasını dəyişir...”
23 Fevral 2026 20:31
Tehran hücum taktikasını dəyişir
11 Mart 2026 17:49
Qərb kəşfiyyatı: Rusiya ABŞ la müharibədə İrana dron taktikasını öyrədir
12 Mart 2026 09:57
Gürcüstan müxalifəti etiraz taktikasını dəyişir...
02 Fevral 2025 19:46
Ruslar Kiyevə hücum taktikasını dəyişir
29 Dekabr 2025 09:18
Baxış sayı:135
Bu xəbər 19 Avqust 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















