ABŞ İrana yalnız 4 5 gün intensiv zərbə endirə biləcək İsrail kəşfiyyatı
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-ın hazırkı hərbi potensialı İrana yalnız dörd-beş gün intensiv hücum endirmək üçün kifayətdir.
Turkustan.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti İsrail kəşfiyyat məlumatlarına istinadən yazıb.
Bildirilir ki, əgər zərbələr daha az intensiv olarsa, resurslar təxminən bir həftə davam edəcək. Burada "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisinin Yaxın Şərqə yenidən göndərilməsi də nəzərdə tutulur.
Nəşr qeyd edib ki, münaqişənin alovlanması Amerika hərbçiləri arasında itkilərlə üzləşmək təhlükəsi yaradır və bu, Donald Trampın seçicilərinə mənfi təsir göstərə bilər.
Qeyd edək ki, məlumatlar İran və ABŞ arasında nüvə danışıqlarının son mərhələsi fonunda yayılıb Görüş fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə baş tutub. Tərəflər bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə etdiklərini bildiriblər, lakin Tehran hələlik Vaşinqtonun bütün şərtlərini qəbul etməyə hazır deyil.
Xatırladaq ki, danışıqların növbəti mərhələsi fevralın 26-na planlaşdırılıb./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 24 Fevral 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















