ABŞ İrana yeni müharibə xəbərdarlığı etdi
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazında rüsum rejimi tətbiq etməsinin diplomatik razılaşmanın əldə edilməsini qeyri-mümkün edəcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, o, danışıqlarda müəyyən irəliləyişin olduğu vaxt bunun prosesi poza biləcəyi barədə xəbərdarlıq edib.
“Danışıqlarda müəyyən irəliləyiş əldə olunub. Amma biz bir qədər parçalanmış sistemlə, yəni İran rejimi ilə məşğuluq. Bununla belə, bir neçə görüş planlaşdırılıb. Bildiyim və inandığım qədər pakistanlılar Tehrana səfər edəcəklər”, – dövlət katibi deyib.
Marko Rubio vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp üstün mövqeyindən istifadə edərək, İranla yaxşı sövdələşmə bağlamaq istəyir:
“O, həmişə üstün mövqedə olub. Əgər yaxşı razılaşma əldə edə bilsək, əla olardı. Amma yaxşı bir razılaşmaya gələ bilməsək, Prezident artıq başqa variantlarının olduğunu açıq şəkildə bəyan edib. Bu variantların təfərrüatlarına girməyəcəyəm, amma hər kəs onların nə olduğunu bilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 May 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















