ABŞ İrana zərbə endirəcəkmi? Vens sualdan yayındı
Icma.az bildirir, Axar.az portalına istinadən.
ABŞ İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə etmək niyyətindədir.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens İsrailə səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.
O, ABŞ-nin İrana qarşı növbəti zərbələrinin gözlənilirmi sualına birbaşa cavab verməkdən yayınıb.
"Bu gün heç bir açıqlama verməyəcəyəm. Birləşmiş Ştatlar prezidenti bizim İrana qarşı siyasətimizi açıq şəkildə ifadə edib. O, həqiqətən də çiçəklənən İran və iranlılarla yaxşı münasibət istəyir.
Lakin onların nüvə başlığı ola bilməz. Buna görə də biz İranın nüvə başlığına malik olmadığına zəmanət vermək üçün bütün diplomatik vasitələrdən tam istifadə etməyə çalışacağıq. Bu, bizim diqqətimizdədir. Və biz qeyri-müəyyən müddət ərzində buna diqqət yetirməyə davam edəcəyik", - vitse-prezident bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 22 Oktyabr 2025 01:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















