Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

ABŞ İrana zərbə endirməyə hazırdır Tramp hələ son qərarını verməyib

ABŞ İrana zərbə endirməyə hazırdır Tramp hələ son qərarını verməyib

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


ABŞ hərbi qüvvələri İrana bu həftə sonuna qədər zərbə endirməyə hazırdır, lakin Prezident Donald Tramp hələ bu hərəkəti təsdiqləməyib.
Bakupost.az xəbər verir ki, CNN-ə bu barədə məlumatı işin içində olan mənbələr açıqlayıb.
Mənbələrin bildirdiyinə görə, Ağ Evə hərbi hazırlığın həftə sonuna qədər başa çatacaq. Son günlərdə Orta Şərqdə hava və dəniz qüvvələrinin əhəmiyyətli şəkildə artırıldığı vurğulanır. Bununla belə, mənbələr qeyd edir ki, Tramp şəxsi qərar vermədən əvvəl hər iki variantı – həm hərbi əməliyyatı, həm də diplomatik yanaşmanı – nəzərdən keçirir və müşavir və müttəfiqləri ilə məsləhətləşir.
Dünən Ağ Evin əməliyyatlar kabinetində milli təhlükəsizlik üzrə yüksək vəzifəli şəxslərin İrandakı vəziyyəti müzakirə etdiyi bildirilib. Tramp, həmçinin xüsusi elçi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerdən iki gün əvvəl keçirilmiş danışıqlar barədə məlumat alıb. Mənbələr həftə sonuna qədər prezidentin qərar verib-verməyəcəyinin məlum olmadığını deyib.
Ağ Ev mətbuat katibi Karolin Livitt dünən bildirib ki, İrandan danışıqlarda mövqelərini dəqiqləşdirmək üçün növbəti bir neçə həftə ərzində əlavə məlumatlar gözlənilir. Lakin sözçü Trampın həmin müddətdə hərbi əməliyyata başlamaq niyyətində olub-olmadığını açıqlamayıb. ABŞ Dövlət Katibi Marko Rubionun isə fevralın 28-də İsrailə səfər edərək Baş Nazir Binyamin Netanyahunun danışıqlar barədə məlumatlandıracağı bildirilib.
Livitt əlavə edib ki, Tramp üçün diplomatiya həmişə birinci seçimdir, lakin hərbi əməliyyat hələ də gündəmdədir. O, həmçinin bildirib ki, prezidentin qərar verməsində milli təhlükəsizlik komandası ilə məsləhətləşməsi önəmlidir.

ABŞ hərbi qüvvələrinin hazır vəziyyəti

“CBS News”ə görə, ABŞ hərbi qüvvələri həftə sonuna qədər əməliyyata hazırdır. ABŞ Hərbi Dəniz Qüvvələrinin ən inkişaf etmiş təyyarədaşıyıcısı qrupundan “USS Gerald R. Ford” regiona bu həftə sonuna qədər gələ bilər. Həmçinin Böyük Britaniyada yerləşən Hərbi Hava Qüvvələrinin tanker və döyüş təyyarələri Orta Şərqə yaxınlaşdırılır.

Hərbi mövqelər və döyüş texnikaları


Yanvarın 22-dən etibarən təyyarələr mövqeyə gətirilib.



1. “Kreta”, Yunanıstan
“RC-135V” (Kəşfiyyat təyyarəsi)

2. “Awali”, Bəhreyn
“P-8A Poseidon” (Kəşfiyyat təyyarəsi)
3. “Əzraq”, İordaniya
• “F-15 Eagle” (Çoxməqsədli döyüş təyyarəsi)
• “E/A-18G Growler” (Elektron müharibə təyyarəsi)
• “A-10 Warthog” (Hücum təyyarəsi)


4.
    “Əl Dhafrah”, BƏƏ
• “MQ-4C Triton” (Yüksək hündürlükdə, uzun müddət uçan pilotsuz təyyarə)
5. “Əl Xarc”, Səudiyyə Ərəbistanı
• “E-11A BACN” (Müharibə sahəsi rabitə təyyarəsi)
• “F-16 Fighting Falcon” (Çoxməqsədli döyüş təyyarəsi)
• “P-8A Poseidon” (Kəşfiyyat təyyarəsi)
• “E-3” (Erkən xəbərdarlıq və rabitə təyyarəsi)

Dəniz qüvvələri

A.    Qırmızı dəniz
• “USS Delbert D. Black” (Qırıcı gəmi)

B. Fars körfəzi
• “USS Tulsa” (Sahil döyüş gəmisi)
• “USS Canberra” (Sahil döyüş gəmisi)


D.    Hörmüz boğazı
• “USS Mitscher” (Qırıcı gəmi)
• “USS Santa Barbara” (Sahil döyüş gəmisi)
• “USS Michael Murphy” (Qırıcı gəmi)

C.    Şimal Ərəb dənizi
“Lincoln” aviadaşıyıcı qrup:
• “USS Abraham Lincoln” (Təyyarədaşıyan gəmi)
• “USS Frank E. Petersen Jr.” (Qırıcı gəmi)
• “USS Spruance” (Qırıcı gəmi)
• “USS McFaul” (Qırıcı gəmi)
• “USS Pinckney” (Qırıcı gəmi)
• “F/A-18E Super Hornet” (Çoxməqsədli döyüş təyyarəsi)
• “EA-18G Growler” (Elektron müharibə təyyarəsi)
• “E-2 Hawkeye” (Erkən xəbərdarlıq və nəzarət təyyarəsi)
• “MH-60S Sea Hawk” (Dəniz helikopteri)
• “MH-60R Sea Hawk” (Dəniz helikopteri)
• “F-35C Lightning II” (Döyüş təyyarəsi)
E.    Regiona istiqamətlənən donanma

“Ford” aviadaşıyıcı qrupu:
• “USS Gerald R. Ford” (Təyyarədaşıyan gəmi)
• “USS Bainbridge” (Qırıcı gəmi)
• “USS Mahan” (Qırıcı gəmi)
• “USS Winston S. Churchill” (Qırıcı gəmi)
• “F/A-18E Super Hornet” (Çoxməqsədli döyüş təyyarəsi)
• “EA-18G Growler” (Elektron müharibə təyyarəsi)
• “E-2 Hawkeye” (Erkən xəbərdarlıq və nəzarət təyyarəsi)
• “MH-60S Sea Hawk” (Dəniz helikopteri)
• “MH-60R Sea Hawk” (Dəniz helikopteri)
• “C-2A Greyhound” (Yük təyyarəsi)

İranın hərbi hazırlığı

İran da öz növbəsində nüvə obyektlərini gücləndirir və açıq sahələrdəki mühüm obyektləri beton və torpaqla örtür. Tehran mümkün hərbi əməliyyat fonunda obyektlərin qorunmasını gücləndirir. Bu barədə “Institute for Science and International Security” yeni peyk görüntüləri və təhlillər əsasında məlumat verib.
Əməliyyatın vaxtına təsir edə biləcək bir neçə əsas məqam var:
Qış Olimpiya Oyunları bazar günü başa çatır. bəzi Avropa rəsmiləri oyunlar bitməmiş əməliyyatın olmayacağını düşünür.
Ramazan ayı dünən başlayıb. Orta Şərqdə ABŞ müttəfiqləri əməliyyatın bu müqəddəs ayda baş verməməsini istəyir. Çünki bu regional destabilizasiya və hörmətsizlik kimi qəbul oluna bilər.
Trampın illik məruzə və dövlət ünvanı çıxışı gələn həftəyə planlaşdırılıb. Bu çıxış ABŞ Prezidentinin daxili siyasət mesajını daşıya bilər.
Tramp son həftələrdə İrana qarşı böyük hərbi əməliyyat üçün ictimaiyyət və Konqresin dəstəyini qazanmağa çalışmayıb. O, rejim dəyişikliyi istədiyini və İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bildirib, lakin əməliyyatın konkret məqsədini açıqlamayıb.
Qeyd edək ki, bizim təxminlərimizə görə, hücum cümə günü mart ayının 13-də baş verəcək.
Cavid, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Fevral 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri