ABŞ İrana zərbə endirməzdən əvvəl Yaxın Şərqdə hava hücumundan müdafiəni gücləndirir WSJ
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ rəsmilərinə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, "USS Abraham Linkoln"un rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupu artıq bölgəyə yerləşdirilib, həmçinin "F-35" və "F-15E" qırıcı təyyarələri potensial döyüş zonasına yaxınlaşdırılır.
Lakin Vaşinqton qeyd edir ki, İrana qarşı güc tətbiqi ilə bağlı qərar hələ verilməyib. "Tramp hələ güc tətbiq edib-etməyəcəyinə və ya necə tətbiq edəcəyinə qərar verməyib. Lakin ABŞ rəsmiləri deyirlər ki, ABŞ-ın İrana hava hücumları qaçılmaz deyil, çünki Pentaqon İranın cavab zərbəsi və potensial uzunmüddətli münaqişə halında İsraili, ərəb müttəfiqlərini və ABŞ qoşunlarını daha yaxşı qorumaq üçün əlavə hava hücumundan müdafiə vasitələri yerləşdirir", - deyə "WSJ"un məqaləsində qeyd edilir.
Amerika rəsmiləri Donald Trampın əmri ilə İrana qarşı məhdud hava hücumlarının mümkünlüyünü istisna etməyiblər, lakin onlar Tehrandan qarşılıqlı cavabın olacağını proqnozlaşdırırlar. Məhz buna görə də Pentaqon raketdən müdafiənin gücləndirilməsinə diqqət yetirir.
Bu məqsədlə ABŞ İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdəki hərbi bazalarda əlavə THAAD batareyası və Patriot raket sistemləri yerləşdirir.
Bundan əlavə, ballistik raketləri və dronları ələ keçirə bilən raketdən müdafiə qabiliyyətinə malik Amerika esminetsləri artıq bölgədədir. Bu gəmilərin bəziləri Hörmüz boğazı, Ərəbistan dənizi, Qırmızı dəniz və şərqi Aralıq dənizi yaxınlığında patrul xidməti göstərir.
ukrauna mətbuatı xəbər verir ki, ABŞ Yaxın Şərqdə güclü hərbi qüvvə toplayıb. İndi ABŞ prezidenti Donald Tramp bundan İrana qarşı necə istifadə edəcəyinə qərar verməlidir.
Mediaya müsahibə verən rəsmilərin sözlərinə görə, Tramp köməkçilərindən uzunmüddətli müharibənin qarşısını alacaq hərbi əməliyyat üçün variantları təqdim etmələrini istəyib. Xüsusilə, onlar İranın nüvə proqramına zərbələr endirməyi, İranın ballistik raket arsenalının məhv edilməsini, hökuməti devirməyə yönəlmiş zərbələri və ya bu variantların bəzilərinin kombinasiyasını nəzərdən keçirirlər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 02 Fevral 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















