ABŞ İranda yeni əməliyyat keçirə bilər Bunun üçün
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ mətbuatının məlumatına görə, Donald Tramp administrasiyası İranın əlində olan təxminən 1000 funt (təxminən 450 kq) zənginləşdirilmiş uranı ələ keçirmək üçün yeni hərbi əməliyyat variantını nəzərdən keçirir.
"The Wall Street Journal" qəzetinin yüksək səviyyəli ABŞ rəsmilərinə istinadən yaydığı xüsusi xəbərdə bildirilir ki, Ağ Evdə İranın nüvə proqramının əsas mərkəzləri sayılan İsfahan və Natanz nüvə mərkəzlərinə qarşı əməliyyat variantı müzakirə olunur.
Məlumata görə, İran atəşkəs danışıqları çərçivəsində uranı təhvil verməzsə, ABŞ Xüsusi Təyinatlı Qüvvələri əməliyyat həyata keçirilə bilər.
İddialara əsasən, Tramp yaxın çevrəsinə “İranlılar bu materialı saxlaya bilməz, ya razılaşma ilə, ya da zorla alacağıq” deyə bildirib.
Keçən il həyata keçirilən hava hücumlarından əvvəl İranın əlində 60 faiz zənginləşdirilmiş 400 kiloqramdan çox uran olduğu məlum idi.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 30 Mart 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















