ABŞ İrandakı hərbi əməliyyata 95 mlrd dollardan çox xərcləyib
Icma.az bildirir, Olke.az portalına istinadən.
Hərbi əməliyyatlar başlayandan ABŞ-nin İrana hərbi xərcləri 95,2 milyard dolları keçib.
Ölkə.az xəbər verir ki, bu barədə “Iran War Cost Tracker” nəşri məlumat yayıb.
Portalın verdiyi xəbərə görə, bu rəqəm Pentaqonun 10 martda Konqresə verdiyi hesabata əsasən götürülüb. Hesabatda Yaxın Şərqdəki döyüşlərin ilk altı günündə 11,3 milyard dollar xərclədiyi və münaqişənin hər sonrakı günündə əlavə 1 milyard dollar xərcləməyi planlaşdırdığı iddia edilir.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri hücuma məruz qalıb. SEPAH İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərinə də zərbələr endirilib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 29 May 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















