ABŞ İrandakı pilotu xilas etmək üçün “Delta Force”u göndərib CNN
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran tərəfindən vurulan Amerika qırıcı təyyarəsinin ikinci pilotunu xilas etmək üçün xilasetmə əməliyyatına ABŞ Ordusunun elit “Delta Force” qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin SEAL bölmələri cəlb edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məsələ ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.
Mənbə onların ABŞ Hərbi Hava Qüvvələri polkovnikinin İran ərazisindən çıxarılması ilə bağlı təşkil edilən missiyaya hazırlıq, xilasetmə və təxliyəsində iştirak edən yüzlərlə xüsusi əməliyyat heyəti, eləcə də Amerika hərbi və kəşfiyyat heyəti arasında olduğunu bildirib.
Telekanalın bundan əvvəl xəbər verdiyi kimi, yaralı zabit iki günlük riskli axtarışlardan sonra nəhayət xilas edilib. Onun “F-15E Strike Eagle” qırıcı təyyarəsi cümə günü İranın cənub-qərbində gecə missiyası zamanı vurulub. İlk pilot hələ cümə günü tapılıb və İrandan çıxarılıb.
Mənbə bildirib ki, qırıcı təyyarə ABŞ Hərbi Hava Qüvvələrinin 48-ci Hava Limanına məxsusdur və təyyarələr Böyük Britaniyadakı Leykenhit Hava Bazasından Yaxın Şərqə yerləşdirilib.
Telekanalın məlumatına görə, yüksək vəzifəli rəsmilər axtarış-xilasetmə əməliyyatını ərazinin və “düşmən mühitinin” yaratdığı çətinliklərə görə ən çətin döyüş tapşırıqlarından biri kimi təsvir ediblər.
Bu mövzuda digər xəbərlər:“İsrail və ABŞ ın İrandakı taktikaları uğursuz oldu...“ “CNN“
01 İyun 2026 08:35
ABŞ İrandakı pilotu məxfi silahla tapıb
16 Aprel 2026 21:42
ABŞ İrandakı etirazçılara silah göndərib Trampdan etiraf
05 Aprel 2026 21:45
ABŞ Maduronu devirən “Delta”nı İran ətrafında yerləşdirdi
06 Yanvar 2026 17:52
Maduro Delta tərəfindən ələ keçirilib
03 Yanvar 2026 13:58
Baxış sayı:135
Bu xəbər 06 Aprel 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















