Icma.az
close
up
RU
ABŞ İranı vurmağa hazırlaşır? ŞOK AÇIQLAMA

ABŞ İranı vurmağa hazırlaşır? ŞOK AÇIQLAMA

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“ABŞ-nin yaxın perspektivdə İranı vura biləcəyini real hesab etmirəm”.

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, hazırda ABŞ üçün yeni müharibəyə ehtiyac yoxdur:

“Lakin ABŞ Prezidenti Donald Tramp İranın müəyyən nöqtələrinin vurulması əmrini verə bilər. Nüvə və ya strateji obyektlərin dəqiq zərbələr endirə bilərlər. 

Nəzərə almaq lazımdır ki, Tramp neftlə bağlı İranın bütün “nəfəslik”lərini kəsməyə başlayıb. 

Bunların fonunda isə əlavə hərbi müdaxiləyə ehtiyac olacağı inandırıcı görünmür. Çünki bu, başqa problemlər yarada bilər. Sadəcə ciddi məsələlər olsa, Vaşinqtonun birbaşa zərbə əmrini verməsi gündəmə gələr”.

Partiya sədri qeyd edib ki, İranın ABŞ tərəfindən vurulmasını İsrail daha çox istəyir:

“İsrail İranı tamamilə zərərsizləşdirmiş vəziyyətə salmağı hədəfləyir. Buna görə də İranın proksi qüvvələrinə çox ciddi zərbələr vurub. Artıq İranın təsir imkanının qaldığı region da yoxdur. Yəni İsrail hakimiyyətinin İranla bağlı istəklərinə nail olduğunu da demək olar”.

Akif Nağı son günlərdə ABŞ-nin Suriyadan çıxacağı və onun yerinə İsrailin gələcəyi iddialarına da münasibət bildirib:

“Artıq İsrail Suriyada möhkəmlənməyə çalışır. Buna baxmayaraq, ABŞ qoşunlarının Suriyadan çıxaraq, yerini İsrailə buraxacağı barədə iddialar inandırıcı deyil.

Çünki Türkiyənin olduğu yerə İsrail qoşunlarının girməsi onların özünə problem yaradar. Üstəlik, Donald Tramp da Türkiyə ilə normal münasibətlər qurmağa və ABŞ-ni Suriya məsələsindən bir qədər kənara çəkməyə çalışır. O, İsrailin Suriyada Türkiyənin oynadığı rolu oynaya bilməyəcəyini yaxşı başa düşür”.

Həmsöhbətimiz Donald Trampın fələstinlilərin Qəzzadan köçürülməsi təklifini də qiymətləndirib:

“Donald Tramp Qəzza məsələsi ilə bağlı açıq şəkildə İsrailin tərəfini tutur. Hətta Qəzza əhalisinin ərəb ölkələrinə köçürülməsi kimi fantastik təklif də irəli sürüb. 

Buna baxmayaraq, onun da qarşısı Türkiyə tərəfindən alınacaq. Ümumiyyətlə, fələstinlilərin Qəzzadan köçürülməsi və ora İsrail hərbçilərinin yerləşdirilməsi soyqırıma bərabər olardı. Orada uzun illərdir mübarizə gedir. 

İnsanların günahı nədir ki, onları köçürmək istəyirlər? 

Türkiyə İsrail və Fələstin arasındakı məsələnin iki dövlət prinsipi üzərindən həll olunmasını təklif edir. Yəni Türkiyə Qəzza və Suriya məsələsində İsrailə güzəştə getməyəcək”.

Onun sözlərinə görə, Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaranın da ikinci səfərini məhz Türkiyəyə etməsi təsadüfi deyildi:

“Əslində, Əhməd əş-Şaranın Səudiyyə Ərəbəsitana səfəri centlmen səfəri kimi də qiymətləndirmək olar. Çünki orada real qərarlar da qəbul olunmadı. 

Bəlkə də, Məkkəyə getmək üçün atılmış addım idi. Lakin ilk real səfər Türkiyəyə oldu. Reallıq ondan ibarətdir ki, rəsmi Ankara Suriyanın yeni hökumətini müdafiə edəcək gücdədir. Bunu Suriya hakimiyyəti də, xalqı da çox gözəl bilir”.

Elmir 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri