ABŞ İranın ali lideri və onun oğlunun aradan götürülməsi imkanını nəzərdən keçirir “Axios”
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
ABŞ İranın ali dini lideri Əli Xamenei və onun oğlunun fiziki cəhətdən məhv edilməsi imkanlarını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyası İrana uranı yalnız simvolik şəkildə zənginləşdirməyə imkan verən, lakin bomba əldə etməsinə şərait yaratmayan təklifi nəzərdən keçirməyə hazırdır. "Axios" qeyd edib ki, bu minvalla Vaşinqton və Tehran arasında sazişin əldə olunması üçün kiçik şanslar yaranır.
"Eyni zamanda, Trampa ali liderə birbaşa sui-qəsdi də əhatə edən hərbi variantlar təklif olunub", - deyə portal qeyd edib. Məlumata görə, belə bir variant həmçinin Xameneinin] xələfi hesab edilən oğlunun da aradan qaldırılmasını nəzərdə tutur.
Portalın mənbələri vurğulayıb ki, ABŞ-nin İrana qarşı gələcək addımları ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 21 Fevral 2026 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















