ABŞ İranın “kölgə donanması“na məxsus gəminin qarşısını kəsib
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Ərəbistan dənizində dəniz blokadasını yarmağa və enerji resurslarını daşımağa cəhd edən İranın "kölgə donanması"na məxsus gəmini saxlayıb.
Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, söhbət İran neftini və qaz məhsullarını xarici bazarlara daşıyan 19 gəmidən ibarət qrupa daxil olan "Sevan" gəmisindən gedir.
Hərbçilərin bildirdiyinə görə, gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Pinckney" esminesindən qalxan helikopter vasitəsilə ələ keçirilib. Hazırda gəmi ABŞ qüvvələrinin müşayiəti ilə İrana qayıtmaq əmrinə tabe olur.
ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada qeyd olunub ki, "kölgə donanması"na daxil olan gəmilər, xüsusilə milyardlarla dollar dəyərində propan və butan daşınmasında iştirak etdikləri üçün ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altındadır. Dəniz blokadası başlayandan bəri artıq 37 gəmi kursunu dəyişmək məcburiyyətində qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 26 Aprel 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















