Icma.az
close
up
RU
ABŞ İranın kölgə donanmasına qarşı sanksiyalar tətbiq edib

ABŞ İranın kölgə donanmasına qarşı sanksiyalar tətbiq edib

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

“Məqsədimiz İranın əsas gəlir mənbəyini məhdudlaşdırmaq, nüvə təhlükəsinə son qoyması üçün rejimə təzyiq göstərmək, ballistik raket proqramını və terrorçu qruplara dəstəyi azaltmaqdır”

ABŞ Maliyyə Nazirliyi son 7 ildə İrana qarşı ən böyük sanksiyaları tətbiq edib. Sanksiyalar yerli və Rusiya neftini qanunsuz daşıyan kölgə donanmasına qarşı yönəlib. “Qara siyahı”ya İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin müşavir oğlu, neft taciri Hüseyn Şamxaninin nəzarətində olan şəbəkənin bir hissəsi olan 50-dən çox fiziki və hüquqi şəxs və 50-dən çox gəmi daxildir.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, Şamxani nəhəng tanker və konteyner gəmiləri donanmasına nəzarət etmək üçün “atasının korrupsiya və siyasi təsirindən istifadə edir”.

"Bu şəbəkə İran və Rusiyadan neft və neft məhsullarını, eləcə də digər yükləri bütün dünya üzrə alıcılara nəql edərək on milyardlarla dollar gəlir gətirir ki, bu da "rejimin təhlükəli fəaliyyətinin maliyyələşdirilməsinə" gedir", - departamentdən vurğulanıb.

Digər şirkətlər arasında sanksiyalara Dubayda yerləşən “Milavous Group”, “Ocean Leonid Investments” və “Crios Shipping” daxildir.

Bundan əlavə, nazirlik qeyd edib ki, Şamxani ailəsi qeyri-qanuni yolla əldə etdiyi vəsaitləri bütün dünyada “eksklüziv daşınmaz əmlak” və xarici pasportlar əldə etmək üçün xərcləyir ki, bu da “qara siyahı”ya salınmış şəxslərə xaricdə biznes qurarkən öz korrupsiya sxemlərini davam etdirmək üçün İranla əlaqələrini gizlətməyə imkan verir.

“Məqsədimiz İranın əsas gəlir mənbəyini məhdudlaşdırmaq, nüvə təhlükəsinə son qoyması üçün rejimə təzyiq göstərmək, ballistik raket proqramını və terrorçu qruplara dəstəyi azaltmaqdır”, - deyə maliyyə nazirinin müavini Maykl Folkender fikrini yekunlaşdırıb.

Bir həftə əvvəl Avropa İttifaqı Hüseyn Şamxaniyə qarşı sanksiyalar tətbiq edib. Bunun əsasını onun Rusiya neftinin ticarətindəki rolu və kölgə donanmasının logistikasında iştirakı təşkil edir. Bununla yanaşı, onun Dubay şirkətləri olan “Admiral Group” və “Milavous Group” da məhdudiyyətlərə məruz qalıb.

Şamxaninin “Milavous Group”u Liberiya və Panama bayraqları altında gəmilərin fəaliyyətini koordinasiya edib və gündə 300 min barelə qədər neft satırdı. Bundan hər il təxminən 400 milyon dollar gəlir əldə edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://ayna.az
archiveBu xəbər 31 İyul 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri