ABŞ İranın xaricdən ciddi dəstək aldığına inanmır
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ İranın xarici ölkələrdən hər hansı ciddi dəstək aldığını düşünmür".
Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Ekvadorda jurnalistlərə açıqlamasında bildirib.
"Hesab etmirik ki, kiminsə İrana verdiyi hər hansı yardım hazırda müşahidə etdiyimiz vəziyyətin dinamikasını və ya parametrlərini dəyişmək gücündədir", -deyə Rubio vurğulayıb.
ABŞ rəhbərliyinin İrana məhz hansı ölkələrin kömək etdiyini bilib-bilməməsi ilə bağlı suala cavab olaraq, Rubio belə dövlətlərdən heç birinin adını açıqlamaq istəməyib.
Dövlət katibi həmçinin İranın ABŞ gəmilərini atəşə tutmaqda davam etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, Tehran bu cür əməllərinin əvəzini tankerləri vurmaqla ödəyir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 10 Sentyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















