Icma.az
close
up
RU
ABŞ İranla danışıqlara hazırlıq görür Tehran rejimi sərt tələblər irəli sürüb

ABŞ İranla danışıqlara hazırlıq görür Tehran rejimi sərt tələblər irəli sürüb

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerika administrasiyasının nümayəndələri İranla ehtimal olunan sülh danışıqlarının keçirilməsinə hazırlıqla bağlı məsələlərin müzakirəsinə başlayıblar.

Bu barədə mənbələrə istinadən "Axios" portalı yazıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla sülh danışıqlarının mümkün formatının ilkin müzakirəsinə başlayıb. Ağ Evdə hesab edirlər ki, "hərbi əməliyyatlar daha iki-üç həftə davam edəcək".

Portalın qeyd etdiyinə görə, Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner "mümkün diplomatik təşəbbüslərə toxunan müzakirələrə cəlb olunublar". Mövcud məlumatlara əsasən, "son günlərdə Vaşinqtonla Tehran arasında birbaşa ünsiyyət baş verməyib, lakin Misir, Qətər və Böyük Britaniya hər iki tərəf arasında mesajlar ötürərək vasitəçi qismində çıxış edib".

"Misir və Qətər ABŞ və İsrailin diqqətinə çatdırıb ki, İran danışıqlar prosesində maraqlı olduğunu nümayiş etdirir, lakin olduqca sərt şərtlər irəli sürür. İran tərəfi atəşkəs, gələcəkdə hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanət və kompensasiyaların ödənilməsini tələb edir", - materialda qeyd olunub.

Portal vurğulayıb ki, Vaşinqtonun mövqeyinə görə, münaqişənin dayandırılması şərtləri "Hörmüz boğazından sərbəst keçidin təmin edilməsini", Tehranın raket proqramının inkişafını beş illik müddətə dayandırmaq, uranın zənginləşdirilməsini durdurmaq və "Natanz, İsfahan və Fordodakı nüvə reaktorlarını istismardan çıxarmaq" öhdəliklərini nəzərdə tutmalıdır.

Bundan əlavə, Birləşmiş Ştatlar İranda "sentrifuqaların, eləcə də nüvə silahının hazırlanması proqramının həyata keçirilməsi üçün tətbiq oluna biləcək əlaqədar avadanlıqların istehsalı və istifadəsi üzərində" nəzarət qurmaq və "region dövlətləri arasında raket arsenalının min ədəddən çox olmamaqla məhdudlaşdırılmasını nəzərdə tutan silahların nəzarəti sahəsində sazişlərin imzalanmasına" nail olmaq niyyətindədir. Vaşinqton həmçinin İranın Livandakı "Hizbullah" təşkilatına, Yəməndəki husilərə, eləcə də Qəzza zolağındakı HƏMAS hərəkatına dəstək verməyi dayandırmasına çalışır.

Portal dəqiqləşdirib ki, Amerika Prezidenti İrana reparasiyaların ödənilməsi məsələsini nəzərdən keçirmək niyyətində deyil. Bununla belə, mənbələrdən birinin bildirdiyinə görə, Amerika tərəfi "dondurulmuş İran aktivlərinin qaytarılması məsələsinin müzakirəsini" mümkün hesab edir/Report.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://mia.az
archiveBu xəbər 22 Mart 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri