Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

YAP 33 il Xalqın inam və etimad ünvanı

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Ukraynalı deputat Trampın sülh planını açıqladı

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Forbes: Azərbaycan ABŞ ın strateji tərəfdaşına çevrilir

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Latviya Respublikasının elan olunmasının 107 ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib

ABŞ İranla müharibədə İsraili tək qoyacaq Tehran ətrafında baş verənlərin pərdəarxası

ABŞ İranla müharibədə İsraili tək qoyacaq Tehran ətrafında baş verənlərin pərdəarxası

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Globalinfo.az İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar iranşünas, tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Lana Ravandi-Fədaidən müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– Bir müddət öncə ABŞ və İsrail tərəfindən İrana yenidən hücumun həyata keçiriləcəyi ilə bağlı mətbuatda məlumatlar yayıldı. Hətta bunun oktyabrın 7-də (İsraildə terror hadisəsi, -red) baş verəcəyi iddia edilirdi. Analitiklər hesab edir ki, 12 günlük müharibədən sonra onun iştirakçıları qarşı tərəf haqda daha məlumatlı olduğuna görə növbəti toqquşma xeyli ağır və dağıdıcı ola bilər. İddiaya görə, bu savaş həm HƏMAS-ın qol-qanadını qırmağa, həm də İranı çəkindirməyə xidmət edə bilər. Son dövrdə İrana qarşı sanksiyaların yenidən qüvvəyə minməsi, həmçinin İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricaninin Minskə, Moskvaya və Ankaraya səfərləri də vəziyyətin gərgin və ciddi olmasından xəbər verir. Lana xanım, yeni müharibənin başlaması ehtimalı nə qədərdir və regionu nə gözləyir? Belə bir müharibə baş verərsə, necə nəticələnə bilər?

– Düşünürəm ki, İrana münasibətdə aparılan siyasət haqda danışarkən ABŞ və İsrail arasında fərq qoymalıyıq. Bu, çoxları üçün gözlənilməz ola bilər. Çünki bu ilin əvvəlində elə görünürdü ki, Tramp və Netanyahu aralarında heç bir ciddi fikir ayrılığı olmayan ayrılmaz dostdurlar və İsraili idarə edən sağçı koalisiyanın maraqları naminə bütün əsas məsələlərdə, xüsusən də Yaxın Şərqdəki vəziyyətin inkişafı ilə bağlı həmrəydirlər. Tramp o zaman, sözdə də olsa, İrandakı İslam rejimini mümkün qədər zəiflətmək istiqamətində mövqe tutdu. O, əslində, bunu elə 2018-2019-cu illərdə nüvə sazişindən çıxdığı zaman etmişdi və “maksimum təzyiq” siyasəti ilə İran neftinin ixracını təxminən altı dəfə azalda bilmişdi. Amma indiki prezidentlik dövründə Tramp bu dəfə İrana qarşı siyasəti ilə bir daha hamını təəccübləndirdi. O, qəfildən kursu dəyişdi. İsrail İranı bombalayanda Tramp nümayişkaranə şəkildə İranın bir neçə nüvə obyektini bombaladı (hansı ki, iranlılar oradan nüvə yanacağını əvvəlcədən çıxarmışdılar). Daha sonra o, özünün “böyük qələbə”sini elan etdi, yəni, onun təbirincə, İsrailin İranı bombalamağa daha ehtiyacı qalmadı. Və elə ertəsi gün o, Netanyahuya təzyiq edərək onu İrana ciddi ziyan vuran bombardmanları dayandırmağa sözün əsl mənasında məcbur etdi. Başqa sözlə, Tramp İran hökumətini sözdə tənqid etməyə və İsraili tərifləməyə davam etsə də, daha çox rəsmi Tehranın tərəfini tutdu. Amma onun hərəkətləri göstərir ki, o, artıq Netanyahunun siyasətinə əməl etmir, hətta İranı İsraildən müdafiə etməyə çalışır. Ona görə də əminəm ki, Tramp Netanyahu ona yalvarsa belə, İrana qarşı heç bir aktiv hərbi əməliyyata əl atmayacaq. İsrailin baş naziri hansı ki, məncə yenidən İrana hücum etmək qərarına gələcək, bu dəfə təkbaşına hərəkət etməli olacaq. Təbii ki, pərdəarxası oyunlar gedir və hesab edirəm ki, təzyiq və inandırmadan sonra bütün bunlar ABŞ-ın razılığı ilə həyata keçirilir, yalnız yenidən müharibəni dayandırmaq üçün rəsmi müdaxilə edə bilər. Trampın İranla bağlı mövqeyini kökündən dəyişməsinin səbəbi, açığı, mənim üçün müəmmalıdır. Onun motivinin nə olduğunu zaman göstərəcək. Ola bilsin ki, Tramp bunu Qərbin sanksiyaları və Avropa bazarının itirilməsi nəticəsində iqtisadi əlaqələr və Şimal-Cənub dəhlizi ilə malların tranziti fonunda sabit İranın Rusiya üçün nə qədər vacib olduğunu anlayaraq əlaqələrin yaxşılaşdırılmasına uyğun olaraq edir. Ancaq bunlar sadəcə fərziyyədir; onun İrana qarşı “yumşalmasının” dəqiq səbəbi məlum deyil.

– İsrailin növbəti hücumu indiki beynəlxalq şərtlərdə mümkün görünürmü?

– İsrailin yenidən hücum edəcəyi ehtimalı böyükdür. Çünki Netanyahu islam rejimini devirmək arzusundadır və hətta İran etirazlarının şüarından belə sitat gətirib: “Qadın, həyat, azadlıq”. İsrailin hücumu baş verərsə, İranın əsas müttəfiqləri – Rusiya və Çin İranı diplomatik yolla və ola bilsin, silah-sursatla dəstəkləyəcəklər, lakin İranın tərəfində döyüşməyəcəklər, çünki onların belə bir öhdəliyi yoxdur. Üstəlik, İran hakimiyyətinin özü də İsrailin hücumlarından qorunmağa qadir olduqlarını bildirir.

İran hakimiyyəti paytaxtın dəyişdirilməsi təklifi, pul vahidi ilə bağlı dəyişiklik, hicab qanunun ləğvi kimi sosial-iqtisadi yöndə bəzi addımlar atıb. Burada hicabla bağlı dəyişiklik diqqətçəkəndir. Əvvəla, bu, qabıq dəyişməsədir, yoxsa Tehran bəzi reallıqları dərk edib, radikal davranış xəttindən imtina edir? 3 il öncə bu günlər İranı hicab aksiyası bürümüşdü. 2022-ci ilin sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicaba görə polis tərəfindən döyülərək öldürülmüşdü. Bu hadisə ölkədə böyük etirazlara səbəb olmuşdu. Bu qanunun qəbulu İranı xilas edəcəkmi? Rejim, daxildəki narazılığı neytrallaşdırmağı bacaracaqmı?

Lana Ravandi-Fədai

– Hesab edirəm ki, prezident Məsud Pezeşkianın fəaliyyət azadlığının dərəcəsindən çox şey asılıdır. Bir şey dəqiqdir: İranda milli və dini azlıqların statusu nəzərəçarpacaq dərəcədə yaxşılaşır – hələlik formal olaraq qanunvericilik səviyyəsində. Lakin tezliklə bu, cəmiyyətdə də hiss olunacaq. Hazırkı prezident İslam İnqilabından sonra ilk dəfə olaraq Kürdüstan və Bəlucistana müvafiq olaraq sünni kürd və sünni bəluc valilər təyin edə bildi. Bu, hətta ən liberal prezident olan Hatəminin dövründə belə baş verməmişdi. Hesab edirəm ki, hakimiyyətin əsas hissəsini özündə saxlayan mühafizəkar dini lider tərəfindən dəstəklənən mühafizəkarlar cəmiyyətdəki gərginliyi azaltmaq üçün bu addımların atılmasına imkan verib. Çünki inqilabdan sonra İran üçün ilk belə geniş miqyasda baş verən 2022-ci il etirazları ən çox məhz kürdlərin və bəlucların yaşadığı ərazilərdə aktiv olub və ən çox itki də bu bölgələrdə toqquşmalar nəticəsində baş verib. Və aydındır ki, hadisələrin belə geniş vüsət almasından qorxan mühafizəkarlar prezidentə əyalətlərdə milli azlıqların nümayəndələrini hakimiyyətə gətirmək imkanı verərək böyük güzəştlərə getmək qərarı veriblər.

Ümid edirəm ki, bütün bunlar həm kitab nəşrinə, həm də məktəblərdə, o cümlədən azərbaycanlıların çoxluq təşkil etdiyi rayonlarda ana dilinin tədrisinə müsbət təsir göstərəcək.

Məcburi hicabın ləğvinə gəlincə, bunun praktikada tətbiqini görmək istərdim. Mən inanmıram ki, mühafizəkarlar bu çox vacib prinsipdən – məcburi hicabdan belə asanlıqla imtina edəcək, çünki bunu hələ Ayətullah Xomeyni əmr etmişdi və onun sözü mühafizəkarlar üçün qanundur. Mən dəfələrlə Tehrana səfər etmişəm, gənclərlə danışmışam və əgər Tehranda hicabı ləğv etsələr, ertəsi gün səhər tezdən qızların və gənc qadınların əksəriyyəti küçələrdə hicabsız görünər və bu, mühafizəkarların bu qədər güclü şəkildə təbliğ etdiyi “cəmiyyətin maksimum islamlaşması” siyasətinin simvolik məğlubiyyəti olar.

Belə çıxacaq ki, paytaxtdakı qızların çoxu başlarını örtmək istəmirlər – bunlar təkcə ateist deyil, onların arasında həm də liberal düşüncəli müsəlmanlar var və sadəcə olaraq bu qaydaya əməl etməyə ehtiyac duymurlar. Mühafizəkarların öz imici üçün belə riskli addım atacaqlarına şübhə edirəm. Bu o deməkdir ki, hicab və İslami dress-koda nəzarət edən “əxlaq polisi” ətrafında qızğın mübahisələr olacaq. Mən İrana indi nadir hallarda gedirəm, amma növbəti dəfə fürsət yarananda baxacam ki, Tehranın müxtəlif yerlərində qadın və qızlar necə geyinirlər və geyim tərzi həqiqətən də liberallaşıbmı. Hələlik hər şeyin bu qədər rəvan gedəcəyinə şübhə edirəm. Pezeşkianın dəqiq nail ola biləcəyi yeganə şey odur ki, qızlar və qadınlar hicab taxmaqdan imtina etdiklərinə görə döyülməsin və qəddar rəftara məruz qalmasınlar. Bu, tamamilə realdır və ümid edirəm ki, tezliklə bu belə də olacaq.

– Hicab qanununun ləğvi barədə ikinci bir yanaşmaya görə, insanlara qismən azadlığın verilməsi domino effekti yaradaraq onların tam azadlıq istəyinə səbəb ola bilər. Bu sonda İran rejiminin devrilməsinə gətirib çıxara bilərmi?

– Mən belə düşünmürəm: bu rejimin çox güclü və sadiq ordusu və polisi var, onlar rejimi qorumaq istəyirlər və onu sona qədər müdafiə etməyə hazırdırlar. İnsanlar sadəcə olaraq azadlığın “həzin mehi”nə sevinəcəklər və xüsusən söz azadlığı və media senzurası sahələrində daha da liberallaşmaya ümid edəcəklər. Hazırda İranda çox güclü senzura var və bu, jurnalistlərə və bir çox ziyalılara mane olur. Əgər media həqiqətən liberallaşsa, dress-koda nəzarət azalsa, milli azlıqların hüquqları reallaşsa, rejim əksinə, sabitləşəcək, çünki İran cəmiyyətini narahat edən məsələlər öz həllini tapacaq. Amma Qərbin sanksiyaları ilə bağlı vəziyyətdən də çox şey asılıdır. Onlar qaldırılarsa, ölkəyə sərmayələr daxil olacaq, insanlar yüksək maaşlı iş tapacaq və hökumətə etiraz təzyiqləri səngiyəcək.

Həmçinin vacibdir ki, İranda İslamdan uzaqlaşan, İslam mədəniyyətinə qarşı düşmənçilik bəsləyən və əsasən devrilmiş monarxiyanın qızğın tərəfdarları olan radikal əhval-ruhiyyəli iranlılar hakimiyyətə gəlməsin. Bu, İran azərbaycanlıları da daxil olmaqla, bütün ibadət edən müsəlmanlar və etnik azlıqlar üçün pis ssenari olardı, çünki Pəhləvi sülaləsinin təcrübəsinə əsasən, monarxistlər etnik azlıqların hüquqlarına hörmət etməyə meyilli deyillər. Bir zamanlar onları hətta küçədə yalnız farsca danışmağa məcbur edirdilər. İranın hazırkı rejimində isə belə bir şey yoxdur. Amma ümid edirəm ki, istənilən halda, bu ssenari gerçəkləşməyəcək.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see235

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see224

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see218

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see198

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see188

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see170

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see149

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see140

YAP 33 il Xalqın inam və etimad ünvanı

20 Noyabr 2025 21:04see132

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

21 Noyabr 2025 03:12see130

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see129

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see128

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see127

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see127

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see126

Forbes: Azərbaycan ABŞ ın strateji tərəfdaşına çevrilir

20 Noyabr 2025 21:34see126

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see125

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

21 Noyabr 2025 00:55see125

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see125

Latviya Respublikasının elan olunmasının 107 ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib

20 Noyabr 2025 21:47see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri