ABŞ İranla yeni müharibəyə hazırlaşır? The Washington Post
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
İran rəsmilərinin və region diplomatlarının məlumatına görə, qarşıdakı həftələr Tehran üçün həlledici əhəmiyyət daşıyır. İran rəhbərliyi hesab edir ki, noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra prezident Donald Tramp enerji daşıyıcılarının qiymətlərinin artmasına daha az həssas yanaşacaq.
Bu barədə The Washington Post nəşri yazır.
ABŞ-ın əməliyyatı Fars körfəzinə daxil olan və oradan çıxan gəmilərin müşayiətinə kömək edən qırıcı təyyarələrin, pilotsuz uçuş aparatlarının və xüsusi təyinatlı qüvvələrin cəlb edilməsini nəzərdə tutur. Buna görə də İran hazırda Hörmüz boğazında hücumların intensivliyini artırmaq da daxil olmaqla, Vaşinqtona təzyiqi gücləndirməyə çalışır.
İki iranlı rəsminin bildirdiyinə görə, hakimiyyət noyabr seçkilərinə qədərki dövrü ABŞ prezidentinə təsir imkanlarını artırmaq baxımından əsas mərhələ hesab edir.
Ərəb və Qərb diplomatlarının sözlərinə görə, İran rəhbərliyinin bəzi nümayəndələri 1980-ci ildə ABŞ vətəndaşlarının İranda girov götürülməsi böhranına bənzər şəkildə seçkilər vasitəsilə Trampı siyasi baxımdan cəzalandırmaq istəyirlər. Həmin böhran prezident Cimmi Karterin yenidən seçilmək kampaniyasını çətinləşdirmişdi.
Diplomatik təmasların həssaslığı səbəbindən mənbələr adlarının açıqlanmaması şərti ilə danışıblar.
Qərbli bir rəsminin və vəziyyətlə tanış olan digər mənbənin məlumatına görə, ABŞ qüvvələri Hörmüz boğazında hər gün genişmiqyaslı əməliyyatlar keçirir. Qırıcı təyyarələr, pilotsuz uçuş aparatları və xüsusi təyinatlı bölmələr dar dəniz dəhlizindən keçən gəmilərin müşayiətini və müdafiəsini təmin edir.
Sentyabr ayında İran həftədə orta hesabla gəmilərə qarşı təxminən 30 hücum həyata keçirib. Britaniyanın Dəniz Ticarət Əməliyyatlarının Monitorinqi Xidmətinin (UKMTO) məlumatına görə, oktyabrın əvvəlindən indiyədək 20-dən çox gəmi hücuma məruz qalıb. Onlardan biri batıb.
N.Talıblı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 20 Oktyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















