ABŞ İraqı xəbərdar etdi: Hücumlar davam edərsə, sanksiyalar tətbiq olunacaq
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ administrasiyası İraq hökumətini xəbərdar edib ki, İraq Kürdüstanı və digər həyati əhəmiyyətli hədəflərə hücumlar davam edəcəyi təqdirdə, bu hücumları birbaşa və ya dolayısı ilə dəstəkləyən şəxslərə, qruplara və maliyyə institutlarına qarşı sərt sanksiyalar tətbiq olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” qəzetinə İraq hökumətindəki yüksək vəzifəli mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Vaşinqton xüsusilə Kərkük və Ninəva əyalətlərində yerləşən neft yataqlarını diqqət mərkəzinə alıb. ABŞ tərəfi dron hücumlarına nəzarətsizlik və ya təhlükəsizlik zəifliyi nəticəsində bölgədəki hədəflərə ediləcək hücumların qarşısı alınmasa, bunun açıq cavab tədbirləri ilə – o cümlədən maliyyə sanksiyaları və hədəfli zərbələrlə nəticələnə biləcəyini bildirib.
Mənbə qeyd edib ki, ABŞ bu addımı bölgədə sabitliyin pozulmaması və enerji infrastrukturunun təhlükəsizliyinin təmin olunması üçün vacib hesab edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 02 Avqust 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















