Icma.az
close
up
RU
ABŞ İŞİD in yüksək rütbəli liderini məhv edib

ABŞ İŞİD in yüksək rütbəli liderini məhv edib

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ qüvvələri İraqda İŞİD-in yüksək rütbəli liderini öldürüb. Hər iki ölkənin rəsmilərinin sözlərinə görə, İraq kəşfiyyatı və təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq edən Amerika qoşunları “Əbu Xədicə” ləqəbi ilə tanınan Abdullah Makki Muslih ər-Rifaidir.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN məlumat verib.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani deyib ki, Əl-Rifai İŞİD-in əsas fiqurlarından biri, “xəlifə müavini” və “İraqda və dünyanın ən təhlükəli terrorçularından biri idi”.

Cümə günü prezident Donald Tramp sosial şəbəkədə: “İŞİD-in İraqdakı qaçaq lideri öldürülüb. İgid əsgərlərimiz onu yorulmadan ovlayırdılar. Onun acınacaqlı həyatına başqa bir İŞİD üzvü ilə birlikdə İraq hökuməti və Regional Kürd Rəhbərliyi ilə razılaşdırılaraq son qoyuldu. Sülh güclə əldə edilir!", - deyə bir mesaj yayımlayıb.

ABŞ Mərkəzi Komandanlığı İŞİD-in "2 nömrəli qlobal lideri, qlobal əməliyyatlar və nümayəndə heyətinin rəhbəri Əmir"in cümə axşamı Əl-Ənbar əyalətinə endirilən dəqiq zərbə nəticəsində başqa bir İŞİD əməliyyatçısı ilə birlikdə öldürüldüyünü bildirib.

Komandanlığın verdiyi məlumata görə, ABŞ və İraq hərbçiləri zərbə yerində iki İŞİD üzvünü ölü tapıblar. Hər ikisi “partlamamış kamikadze jiletləri geyinib və bir neçə növ silaha malik olublar”. Əbu Xədicə qaçarkən əvvəlki reyd zamanı toplanmış DNT vasitəsilə müəyyən edilib.

Əbu Xədicə İŞİD-in İraq və Suriyadakı lideri kimi bütün dünyada əməliyyatların təşkili, logistika və İŞİD-in fəaliyyətlərinin planlaşdırılmasına cavabdeh olub. O, bu terror təşkilatının maliyyəsinin də bir hissəsini idarə edib.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani "X"də verdiyi bəyanatda vurğuladı ki, “İraqlılar qaranlıq və terror qüvvələri üzərində təsirli qələbələrini davam etdirirlər”.

Xatırladaq ki, 2024-cü il dekabrın 8-də Amerika hərbçiləri Suriyanın mərkəzində İŞİD-in düşərgələrinə onlarla yüksək dəqiqlikli hava zərbələri endirib. ABŞ ordusu Hərbi Hava Qüvvələrinin müxtəlif aktivlərindən istifadə edərək 75 hədəfi vurub.

Bundan başqa, ABŞ 2023-cü ildə Avropada terror aktları hazırlayan İŞİD liderlərindən birini Suriyada məhv edib. Terrorçu və daha iki silahlı ABŞ ordusunun helikopter reydi zamanı öldürülüb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Mart 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri