ABŞ İspaniya ilə ticarəti dayandıracaq − İrana hücumları dəstəkləməyib
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
ABŞ, İspaniyanın İrana qarşı zərbələr üçün bazalarından istifadəyə icazə verməməsindən sonra, İspaniya ilə ticarət əlaqələrini tamamilə kəsməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Yaxın Şərqdəki müharibədə Avropa ölkələrinin iştirakını müzakirə edən Tramp bəzilərinin möhtəşəm olduğunu və ABŞ-yə kömək etdiyini, digərlərinin isə dəhşətli olduğunu bildirib.
O, həmçinin Madridin hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmaqdan imtina etdiyini xatırladıb:
“Onlar NATO-da onu 5%-ə qaldırmağa razı olmayan yeganə ölkə idilər. Düşünmürəm ki, onlar bunu heç bir səviyyəyə qaldırmağa razı olsunlar. Onlar bunu 2%-də saxlamaq istəyirdilər, amma hətta 2%-i belə ödəmirlər. Beləliklə, biz İspaniya ilə bütün ticarəti kəsəcəyik. İspaniya ilə heç bir əlaqəmizin olmasını istəmirik”.
O, həmçinin ABŞ-İsrail hücumlarına da kömək etməyən Böyük Britaniyadan narazı olduğunu əlavə edib.
Bu mövzuda digər xəbərlər:Tramp İspaniya ilə ticarəti kəsəcəyini açıqladı
04 Mart 2026 11:34
İspaniya ilə ticarəti tam dayandırırıq Tramp
03 Mart 2026 21:45
Tramp: İspaniya ilə bütün ticarəti kəsəcəyik
08 İyul 2026 12:28
Kreml Trampın ABŞ ilə ticarəti sıfır səviyyəsində saxlamaq ideyasını dəstəkləməyib
31 İyul 2025 23:07
İspaniya qızıl vizaların verilməsini dayandıracaq Doğru Xəbərlər
05 Yanvar 2025 12:52
Baxış sayı:179
Bu xəbər 03 Mart 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















