Icma.az
close
up
RU
“ABŞ İsrail İran müharibəsində 12 gün ərzində kritik sayda raketlərini itirib CNN” detalları açıqladı

“ABŞ İsrail İran müharibəsində 12 gün ərzində kritik sayda raketlərini itirib CNN” detalları açıqladı

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

İsrail və İran arasında baş vermiş 12 günlük müharibə zamanı ABŞ Yaxın Şərqdə yerləşdirdiyi THAAD raket əleyhinə müdafiə sistemləri ilə 100-dən çox raket istifadə edib. 

"CNN"-in iki etibarlı mənbəyə istinadla verdiyi məlumata görə, bu rəqəm ABŞ-nin raket ehtiyatının təxminən dörddə birinə bərabərdir və ölkənin qlobal hava hücumundan müdafiə qabiliyyətində ciddi boşluqları ortaya çıxarıb.

Raketlərin sayı bəzi mənbələrə görə 150-yə, digər hesabatlara görə isə ən azı 80-ə çatır ki, bu da ABŞ-nin illik istehsal həcmini xeyli üstələyir. Qeyd olunur ki, ötən il ABŞ cəmi 11 yeni THAAD raketi istehsal edib, 2026-cı il üçün isə yalnız 12 raketlik plan mövcuddur. Pentaqon 2025-ci ildə 37 yeni raket almağı planlaşdırır ki, bu da Prezident Donald Trampın qanunvericilik təşəbbüsü ilə qismən maliyyələşdiriləcək.

Bildirilir ki, ABŞ hazırda 7 ədəd THAAD sistemi ilə təchiz olunub və onlardan ikisi İsraildə yerləşdirilib. Lakin son qarşıdurma zamanı bu sistemlərin intensiv istifadəsi ABŞ-nin müdafiə arsenalında ciddi tükənmə yaratmaqla yanaşı, həm də hava hücumundan müdafiə infrastrukturunun zəif tərəflərini üzə çıxarıb.

Müdafiə sahəsindəki mütəxəssislər və keçmiş rəsmi şəxslər xəbərdarlıq edirlər ki, bu sahədə nə kifayət qədər sistem, nə də yetərli sayda raket və istehsal gücü mövcuddur. 

Bu barədə ABŞ Müdafiə Nazirliyinin keçmiş köməkçisi Mara Karlin bildirib ki, hava hücumundan müdafiə bu gün bütün əsas hərbi əməliyyat teatrlarında kritik əhəmiyyət daşısa da, ABŞ-də yetərli sistemlər, raketlər və istehsal imkanları yoxdur.

Pentaqon nümayəndəsi əlavə edib ki, yeni büdcə sənədinə 1,3 milyard dollar sənaye təchizat zəncirinin möhkəmləndirilməsi, 2,5 milyard dollar isə raket və sursat istehsalının genişləndirilməsi üçün ayrılıb.

Hamburq Universitetinin tədqiqatçısı Timur Kadışev isə bildirib ki, iyun ayında baş vermiş müharibə ilk dəfə olaraq ABŞ-nin THAAD raketlərini kütləvi şəkildə istifadə etdiyi qarşıdurma olub:“İsrail ABŞ-nin dəstəyi ilə İranın sadə raket hücumlarına qarşı müəyyən dərəcədə müdafiə uğuru qazandı. Amma bu, ABŞ-nin raket ehtiyatlarının ciddi tükənməsi bahasına başa gəldi".

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 İyul 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see473

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see213

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see198

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see183

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see181

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see178

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see176

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see165

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see143

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see143

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri