ABŞ İsrail İranla bağlı tələbimizi qəbul etdi Putin
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin İranla bağlı mühüm açıqlamalar verib. Ölkə.Az-ın məlumatına görə, o bildirib ki, ABŞ-nin prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Rusiya tərəfinin İslam Respublikasında inşa etdiyi atom elektrik stansiyalarının (AES) vurulmaması ilə bağlı qanuni tələblərini qəbul ediblər.
“Rusiya həmişə İrana dinc atom enerjisi sahəsində dəstək verib, bu ölkənin haqlarını yalnız sözlə deyil, əməldə də qoruyub”, – deyə Putin vurğulayıb.
Dövlət başçısı həmçinin dünyada gərginliyin artmasından narahatlığını ifadə edib: “Məni ən çox narahat edən odur ki, biz Üçüncü Dünya müharibəsinə doğru gedirik”.
Putin Rusiyanın və İranın eyni qüvvələrlə mübarizə apardığını da qeyd edib: “Biz eyni düşmənlərlə qarşı-qarşıyayıq”.
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 İyun 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















