Icma.az
close
up
RU
ABŞ İsrailin İrana qarşı hərbi əməliyyata hazır olması barədə məlumat alıb CBS

ABŞ İsrailin İrana qarşı hərbi əməliyyata hazır olması barədə məlumat alıb CBS

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü Amerikanın CBS telekanalı məlumat yayıb.

Telekanala məlumat verən mənbələrinə görə, “ABŞ rəsmilərinə İsrailin İslam Respublikasına qarşı əməliyyat keçirməyə tam hazır olduğu barədə məlumat verilib”. Amerika tərəfinin bu məlumatı dəqiq haradan aldığı göstərilmir. "ABŞ İranın qonşu İraqdakı bəzi Amerika obyektlərinə cavab zərbəsi endirə biləcəyini gözləyir", - deyə telekanalın saytındakı məlumatda qeyd edir.

Onun məlumatına görə, Dövlət Departamentinin Amerika səfirliyinin bəzi əməkdaşlarına ərəb ölkəsini tərk etmələri barədə göstəriş verməsinin səbəblərindən biri də budur. Nəşr qeyd edib ki, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Steven Vitkoff hələ də Tehranın nüvə dosyesi ilə bağlı danışıqların növbəti raundu üçün İran nümayəndələri ilə görüşməyi planlaşdırır.

Bundan əvvəl ABŞ hərbi dairələrinin nümayəndəsi mətbuata bildirib ki, müdafiə naziri Pit Heqset təhlükəsizlik məqsədilə amerikalı hərbçilərin ailə üzvlərinin Yaxın Şərqi “könüllü şəkildə tərk etməsinə” icazə verib. Dövlət Departamenti öz növbəsində bildirib ki, ABŞ-ın İraqdakı səfirliyinin bəzi əməkdaşlarına “regionda artan gərginlik” səbəbindən ölkəni tərk etmək əmri verib. Bu addımları şərh edən Tramp: “Bura təhlükəli ola biləcəyi üçün onları çıxarırlar. Nə olacağını görəcəyik”, - deyib. İranla bağlı danışan Amerika lideri: “Biz onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Çox sadədir. Onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Biz buna imkan verməyəcəyik”, - deyə vurğulayıb.

Son həftələr Vaşinqton administrasiyası Tehranın nüvə proqramı ilə bağlı danışıqların davam etməsinə baxmayaraq, İsrailin İranı vurmağa hazırlaşmasından narahat olub. "Axios" internet portalının məlumatına görə, Tramp iyunun 9-da telefon danışığında İsrailin baş naziri Benyamin Netanyahuya belə bir addım atmaması barədə xəbərdarlıq edib.

Çərşənbə günü İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib ki, ABŞ-la müharibə olacağı təqdirdə İslam Respublikası Yaxın Şərqdəki bütün Amerika hərbi bazalarına hücum edəcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 İyun 2025 07:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri