ABŞ JASSM qanadlı raketlərini Ukraynaya verməyə hazırlaşır
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Birləşmiş Ştatlar Ukraynaya JASSM uzaqmənzilli qanadlı raketlərin tədarükü ilə bağlı razılaşmaya yaxındır.
Bu barədə “Reuters” məlumat yayıb.
JASSM raketlərinin Ukrayna üçün silah paketinə daxil edilməsinin noyabr ayının sonuna qədər elan ediləcəyi gözlənilir. JASSM raketi Ukraynaya Rusiya ərazisində təxminən 300 km məsafədəki hədəfləri, o cümlədən Rusiya Federasiyasının bəzilərinə zərbələr endirmək üçün istifadə etdiyi ən azı 30 hava bazasını vurmağa imkan verə bilər.
Xüsusilə, onların Ukraynanın Rusiya Federasiyası ilə şimal sərhədinə yaxın nöqtələrdən buraxılması Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın Voronej və Bryansk şəhərlərinə qədər hədəfləri məhv etməyə, həmçinin Krımda aerodromlara və ya hərbi-dəniz obyektlərinə zərbələr endirməyə imkan verə bilər.
JASSM indiyədək yalnız ABŞ-da hazırlanmış təyyarələr üçün inteqrasiya olunub. Ukrayna öz növbəsində hər biri iki qanadlı raket daşıya bilən F-16-dan istifadə edəcək.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 Noyabr 2024 08:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















