Icma.az
close
up
RU
“ABŞ Kanada, Meksika və Çinlə ticarət müharibəsinə başlayıb: ilk iqtisadi zərbələr“ “Reuters“

“ABŞ Kanada, Meksika və Çinlə ticarət müharibəsinə başlayıb: ilk iqtisadi zərbələr“ “Reuters“

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Bu rüsumların tətbiq edilməsini səbəbi kimi həmin ölkələrdən ABŞ-a narkotik və miqrant axını göstərilir..."

ABŞ-da Kanadadan və Meksikadan idxal olunan mallara 25 faizlik, Çindən gətirilən məhsullara isə 20 faizə qədər artırılmış gömrük rüsumları qüvvəyə minib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlunat yayıb.

Məlumatda deyilir ki, ABŞ prezidenti Donald Tramp bu rüsumların tətbiq edilməsinin səbəbi kimi həmin ölkələrdən ABŞ-a narkotik və miqrant axınını göstərib.

Kanada eyni şəkildə cavab vermək niyyətindədir, baş nazir Castin Trüdo Ottavanın ABŞ-dan 20,7 milyard dollar dəyərində idxala dərhal eyni rüsumları tətbiq edəcəyini, Trampın tarifləri qüvvədə qalarsa, əlavə olaraq 86,2 milyard dollarlıq məhsullara da rüsum qoyacağını bildirib. Üç həftə ərzində bu rüsumun daha da genişləndirilməsi və amerikalı məhsullardan ümumilikdə 107 milyard dollarlıq tarif tutulması planlaşdırılır.

"Bu tariflər son dərəcə uğurlu ticarət əlaqələrini pozacaq", - Trüdo bildirib və əlavə edib ki, bu addımlar Trampın ilk prezidentlik dövründə imzaladığı ABŞ, Meksika və Kanada arasında azad ticarət sazişini dağıdacaq.

Ontario əyalətinin baş naziri Daq Ford Trampın tədbirlərinə cavab olaraq öz vilayətindən ABŞ-a nikel tədarükünü və elektrik enerjisinin ötürülməsini dayandırmağa hazır olduğunu bildirib.

Meksika prezidenti Klaudiya Şeynbaum isə ABŞ-a qarşı cavab tədbirlərini gün ərzində elan edəcəyini bəyan edib.

Çindən idxal olunan mallara gömrük rüsumlarının 10 faizdən 20 faizə qaldırılmasının səbəbi kimi "Çinin qadağan olunmuş narkotiklərlə bağlı böhranı yumşaltmaq üçün adekvat addımlar atmaması" göstərilib, - ABŞ prezidenti Donald Trampın fərmanında belə deyilir.

Söhbət Çindən ABŞ-a davamlı olaraq sintetik opioidlər, o cümlədən fentanil axınından gedir. Məhz bu səbəbdən bir ay əvvəl ilkin tariflər tətbiq edilib. Çin bu tarifləri Ümumdünya Ticarət Təşkilatında (ÜTT) mübahisələndirir.

Çin Ticarət Nazirliyi ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalına 15 faizlik gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb, bu qərar martın 10-dan qüvvəyə minəcək. Həmçinin Pekin 15 amerikalı şirkətə Çin məhsullarının tədarükünü məhdudlaşdırmağı planlaşdırır.

Bundan əlavə, Çin nazirliyi Tayvanla hərbi əməkdaşlıq etdiklərinə görə daha 10 amerikalı şirkəti "etibarsız subyektlər" siyahısına daxil edib. Bu şirkətlərə Çinlə ticarət qadağan olunub, onların rəhbərlərinə ölkəyə giriş yasaqlanıb, əməkdaşlarının isə yaşayış icazələri ləğv edilib.

Çinin yeni gömrük tarifləri ABŞ-ın geniş spektrli kənd təsərrüfatı məhsullarına- bəzi ət növlərinə, taxıla, pambığa, meyvə-tərəvəzə və süd məhsullarına təsir edəcək.

Çin hələ də ABŞ-ın əsas kənd təsərrüfatı məhsulları alıcılarından biri olaraq qalır və hər il on milyardlarla dollarlıq məhsul idxal edir. Son dövrlərdə Çin Braziliya və Argentinadan soya lobya idxalını artırır.

Çin Ticarət Nazirliyi vurğulayıb ki, ABŞ-ın gömrük tarifləri ÜTT qaydalarını pozur və "Çin və ABŞ arasındakı iqtisadi və ticarət əməkdaşlığının əsasını sarsıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Mart 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri