ABŞ keçən əsrdə barlarda baş verən davalara görə iş adamlarına viza verməyəcək
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin Londondakı səfirliyi artıq okeanın o tayına səfər edərkən kiçik cinayətlərə görə məhkum edilmiş biznes rəhbərlərinə və top menecerlərə viza vermir.
Oxu.Az "Financial Times"a istinadən xəbər verir ki, bu qərar 1970-ci illərdən başlayaraq bar davaları, sərxoş vəziyyətdə maşın sürmə və marixuana istifadəsi kimi qanun pozuntuları olan şəxslərə şamil edilir.
Vəkillərin sözlərinə görə, vizaları rədd edilənlər arasında texnologiya şirkətlərinin yüksək vəzifəli rəhbərləri də var.
Bəzi müraciət edənlər əvvəlcədən vizalarının təsdiqlənəcəyini öyrənsələr də, sonradan onlara viza verilməyib. Məlumatda bildirilir ki, bu yanaşma ABŞ Dövlət katibi Marko Rubionun "tut və ləğv et" siyasətindən sonra daha geniş tətbiq olunur.
Qeyd olunur ki, Britaniya vətəndaşları 90 günə qədər ESTA (Electronic System for Travel Authorization) ilə ABŞ-də qala bilərlər, lakin əvvəllər cinayət törətmiş şəxslər vizaya müraciət etməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 09 Fevral 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















