Icma.az
close
up
RU
ABŞ Kennedinin sui qəsdinə dair gizli sənədləri yaydı

ABŞ Kennedinin sui qəsdinə dair gizli sənədləri yaydı

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerika Birləşmiş Ştatları ölkənin 35-ci prezidenti Con Kennedinin faciəvi ölümünə işıq salan, əvvəllər məxfi saxlanılan materialları yayıb.

"Cebheinfo.az" BBC-yə istinadən xəbər verir ki, sənədlərin açıqlanması, Trampın yanvar ayında verdiyi sərəncamdan sonra baş tutub.
Tarixçilər isə sənədlərdə ciddi yeniliklərin olacağını gözləmirlər.

Trampın sözlərinə görə, ümumilikdə 80 min səhifəlik sənəd açıqlanacaq.Bundan əvvəl də ABŞ hakimiyyəti Kennedi işi ilə bağlı yüz minlərlə sənəd dərc edib, lakin milli təhlükəsizliklə bağlı bəzi məlumatlar gizli saxlanılıb.

Amerikalıların əksəriyyəti hesab edir ki, atıcı Li Harvi Osvald təkbaşına hərəkət etməyib.Qeyd edək ki, Con Kennedi 22 noyabr 1963-cü ildə, Texas ştatının Dallas şəhərinə səfəri zamanı güllələnib.Hökumət komissiyası müəyyən edib ki, prezident Kennedini Li Harvi Osvald öldürüb. O, dəniz piyadası olmuş, özünü marksist elan etmiş və əvvəlcə SSRİ-yə keçmiş, sonra isə yenidən ABŞ-ə qayıtmışdı.Lakin illərdir keçirilən rəy sorğuları göstərir ki, amerikalıların çoxu Osvaldın təkbaşına hərəkət etdiyinə inanmır.“Oxuyacaq çox şey var. Düşünmürəm ki, nəyisə redaktə edək”, - deyə Tramp jurnalistlərə bildirib.

Lakin ABŞ mediasının məlumatına görə,18 martda dərc edilən yüzlərlə sənəddə bəzi hissələr yenə də qaralanıb və ya oxunması çətin olub, çünki ya solğunlaşıb, ya da keyfiyyətsiz skan edilib.1992-ci ildə ABŞ Konqresi xüsusi bir qanun qəbul edərək, 25 il ərzində Kennedi işi ilə bağlı bütün sənədlərin açıqlanmasını tələb edib.Kennedi ilə bağlı minlərlə sənəd dərc edilib, lakin hələ də bir çoxu tam və ya qismən məxfi saxlanılır.İki ay əvvəl Trampın imzaladığı sərəncamda Robert F. Kennedi və Martin Lüter Kinqin qətlləri ilə bağlı sənədlərin də açıqlanması nəzərdə tutulurdu. Hər iki şəxs 1968-ci ildə sui-qəsd nəticəsində öldürülüb.

Bildirək ki, vaksinasiya əleyhdarı və “Wi-Fi” ilə 5G-nin zərəri barədə nəzəriyyələrinin tərəfdarı olan kiçik Robert Kennedi Tramp administrasiyasında səhiyyə naziri vəzifəsinə təyin edilib.

Səbinə Uğur
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Mart 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri