Icma.az
close
up
RU
ABŞ Kəşfiyyat Şurasının 2012 ci ildə verdiyi ŞOK PROQNOZLAR

ABŞ Kəşfiyyat Şurasının 2012 ci ildə verdiyi ŞOK PROQNOZLAR

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Milli Kəşfiyyat Şurası 10 il əvvəl bəşəriyyətin virus pandemiyası ilə üzləşəcəyi barədə proqnoz verib.

AzPost bildirir ki, Milli Kəşfiyyat Şurasının 2012-ci ildə hazırladığı “ Qlobal Trendlər 2030 –Alternativ Dünya” hesabatında qarşıdakı 20 ildə dünya üçün aktual olacaq çağırışlar yer alıb. 160 səhifəlik hesabatda çağdaş beynəlxalq sistem, dünya dövlətləri, onların üzləşə biləcəyi problemlər araşdırılıb. Siyasi, iqtisadi, sosial, sağlamlıq və əhali artımını əhatə edən bu proqnozlaşdırmalarda ciddi məqamlar diqqəti çəkir, böyük dağıntılara səbəb ola biləcək potensial təhlükələri sadalayıblar.

Analitiklər ABŞ, Rusiya, Çin, Asiya, Avropa, Yaxın Şərqdə gözlənilən proseslərə dair təhlillərini qeyd ediblər.

Bu sırada “qara qu quşu” – böyük dağıntılara səbəb ola biləcək potensial təhlükələr sırasında kəskin pandemiyanı qeyd olunub: “Heç kim öncədən deyə bilməz ki, insanlar arasında yayılacaq pataqoniya hansı olacaq. Asan ötürülə bilən, öz qurbanlarının bir faizini öldürə biləcək  yeni virus ən dağıdıcı hadisələrdən ola bilər.  Belə yayılma altı ay ərzində dünyanın bütün yerlərində milyonlarla insanın əzablı ölümünə səbəb ola bilər” –deyə hesabatda vurğulanır.

Hesabatda modelləşdirilmiş alterantiv dünyanın üzləşə biləcəyi problemlərin dalğa-dalğa gələcəyi qeyd olunur: “Alimlərin xəbərdarlıq etdiyi ölümcül virus cənub-şərqi Asiyadan alovlanacaq. Yüksək təhüləkəsizlik və sərhəd nəzarəti olan ABŞ, bir neçə Avropa  dövləti və hətta Çin yayılan pandemiyanın öhdəsindən gələ bilər”.

Daha sonra hesabatda pandemiya zamanı dünyanın mənzərəsi modelləşdirilir: “Təyyarə reysləri təxirə salınır, gəmilər dayanır. Tvitter pandemiyanın ən qaynar vaxtı fəaliyyət göstərməyə cəhd edir. Bİr çox ölkələr sosial şəbəkələri panika yaydığına görə bağlayırlar.  Bu pandemiyanın nəticəsində hamının gözü qarısında dünyanın yeni xəritəsi peyda olur”.

Hesabat müəlliflərinin fikrincə, bu yeni mental xəritə Şimal, Cənub, Şərq və Qərb arasında uçurumu genişləndirəcək.

Ümumdünya pandemiyası daha çox qloballaşma ideoloqlarını pərişan edəcək.

Hesabatda beynəlxalq sistem, dövlətlərarası münasibətlərə dair proqnzlar əksini tapıb:  “Biz hesab edirik ki, böyük dövlətlərin qarşıdurmadan çəkindirən faktorlar öz gücünü saxlayacaq.

Bununla yanaşı beynəlxalq sistemdəki dəyişikliklər üzündən dövlətlərarası münaqişə riskləri güclənir. “Soyuq müharibə”nin yaratdığı balans dəyişməyə başlayıb”.

Hesabatda vurğulanır ki, qarşıdakı 15 -20 il ərzində ABŞ dünyada sistemli qoruyucu və qarant rolunu oynamaq uğrunda mübarizə aparacaq. ABŞ-ın qlobal təhlükəsizliyin idxalçısı olmaq  faktoru qeyri-sabitliyə rəvac verən faktor olacaq. Xüsusən bu Asiya və Yaxın Şərqdə özünü göstərəcək.

“Beynəlxalq sistemin fraqmental halı, beynəlxalq əməkdaşlığa artıq səmərəli forma kimi baxılmaması əsas dünya oyunçularını rəqabət potensialını, hətta qüdrətli dövlətlər arasında münaqişəni  artıracaq. Amma əgər belə münaqişə yaransa belə bu dünya müharibəsi səviyyəsində olmayacaq”-deyə analitiklər proqnoz veriblər.

Analitiklərin fikrincə, “risk səbətləri” dövlətlərarası münaqişə şansını artıra bilər: Əsas oyunçular olan Çin, Hindistan və Rusiyanın geopolitik çıxarlarında olan dəyişikliklər; Resurslarla bağlı mübahisələrin yüksəlməsi…

Hesabatda deyilir ki, hazırki islam terrorçulğunun fazası 2030-cu ilə qədər sona çatacaq: “Amma terror çətin ki, tam itsin. Bir çox dövlətlər terror qruplarından öz müdafiəsizliyini hiss etdikləri üçün istifadəni davam etdirəcklər. Ölümcül texnologiyalara, kiber texnikaya  əli çatan insanlar öz xidmətlərini yüksək məbləğdə terrorçulara təklif edə bilərlər”.

Hesabatda iqlim dəyişikiyi, maliyyə böhranı, günəş maqnit fırtınaları, bir sıra dövlətlərdə demokratikləşmə cəhdləri qlobal trendlər siyahısına salınıb.

Hesabatın hazırlanmasında ABŞ-ın İndiana, Texas, Kaliforniya, Nyu-Meksiko, Pensilvaniya, Massaçusets, Kolorado, Tennessi, Nyu-York, Nyü-Cersi universitetlərinin ekspertləri iştirak edib.

Milli Kəşfiyyat Şurasının sədri Kristofer Kojmdır.

X.SƏFƏROĞLU

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azpost.info
archiveBu xəbər 31 May 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri