ABŞ kəşfiyyat təyyarəsi Rusiya səmasında göründü: Nə baş verir?
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing RC-135” Combat Sent tipli kəşfiyyat təyyarəsi Rusiya ilə gərginliyin artdığı bir vaxtda Kalininqrad bölgəsi yaxınlığında dövrələr vurub.
Globalinfo.az xəbər verir ki, təyyarə bu gün səhər İngiltərədən havaya qalxaraq Baltikyanı ölkələr üzərindən uçub, Kalininqrad ətrafında bir neçə dəfə manevr etdikdən sonra yenidən Böyük Britaniyadakı bazasına qayıdıb.
Qeyd olunur ki, bu missiya Almaniya kansleri Fridrix Merzin Rusiyanın “hibrid müharibəsi” və NATO hava məkanının Rusiya pilotsuz təyyarələri tərəfindən pozulması ilə bağlı açıqlamasından bir gün sonra həyata keçirilib.
Məlumata görə, “RC-135” təyyarəsi radar siqnallarını təhlil edərək strateji elektron kəşfiyyat aparmaq qabiliyyətinə malikdir. O, uçuş zamanı yanacaqdoldurma sistemləri, müasir rabitə və naviqasiya avadanlığı ilə təchiz olunub. Ekipajda adətən 10-a qədər elektron kəşfiyyat mütəxəssisi olur.
Hazırda təyyarənin konkret tapşırığının məqsədi açıqlanmayıb. Bununla belə, FlightRadar24 oktyabrın 2-də Kalininqrad ətrafında JAKE37 çağırış nişanı ilə eyni tip təyyarənin uçduğunu, həmin gün isə Almaniyada dronların peyda olduğunu qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 08 Oktyabr 2025 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















