Icma.az
close
up
RU
ABŞ kəşfiyyatı: Rusiya nüvə eskalasiyasına getməyəcək

ABŞ kəşfiyyatı: Rusiya nüvə eskalasiyasına getməyəcək

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qiymətləndirmələr ardıcıl idi: ATACMS Rusiyanın nüvə hesablamalarını dəyişməyəcək"

Rusiya Prezidenti Vladimir Putinin “müharibə xarakterli” bəyanatlarına baxmayaraq, Ukraynaya Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli ATACMS raketləri atmağa icazə verilməsi nüvə eskalasiyasına səbəb olmayacaq. AYNA “Reuters”ə istinadən bildirir ki, beş məlumatlı mənbənin məlumatına görə, bu, ABŞ kəşfiyyatının gəldiyi nəticədir.

Onlar bildiriblər ki, kəşfiyyat son 7 ay ərzində vəziyyəti nəzərdən keçirir və Prezident Co Baydenin Kiyevə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməzdən əvvəl bir neçə hesabatda bunun nüvə münaqişəsi risklərini artırmayacağı ilə bağlı iddialar irəli sürüblər.

"Qiymətləndirmələr ardıcıl idi: ATACMS Rusiyanın nüvə hesablamalarını dəyişməyəcək", “Reuters” həmsöhbətlərindən biri qeyd edib.

Mənbələr deyiblər ki, Dneprdəki hərbi zavodu vuran Rusiya hərbçilərinin orta mənzilli “Oreşnik” ballistik raketindən istifadə etməsi də Amerika kəşfiyyatının fikrini dəyişməyib. Onların fikrincə, kəşfiyyat əmindir ki, Rusiyanın nüvə silahından istifadə etməsi ehtimalı azdır, çünki onlar “açıq hərbi fayda vermir”.

Bununla belə, Birləşmiş Ştatlar Rusiyanın öz ərazisinin dərinliklərindəki zərbələrə qarşı digər mümkün cavablarından ehtiyatlanır. Xüsusilə, Avropadakı hərbi və digər obyektlərdə potensial təxribat narahatlıq doğurur. Eyni zamanda, Moskva bu cür aksiyaların hazırlanması ilə bağlı ittihamları rədd edib.

Noyabrın ortalarında “New York Times” mənbələri Baydenin Ukraynaya Rusiyaya zərbə endirmək üçün ATACMS-dən istifadə etməyə icazə verdiyini yazıb. ABŞ Prezidenti Co Bayden adminstrasiyasından və Pentaqondan məlumat təsdiqlənib.

Noyabrın 19-da Ukrayna Bryansk və Kursk vilayətlərindəki hərbi obyektlərə zərbələr endirmək üçün ATACMS-dən istifadə edib. Həmin gün Putin Rusiyanın yeni nüvə doktrinasını təsdiqləyib. Sənəddə nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə hər hansı qeyri-nüvə dövlətinin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzünün birgə hücum hesab ediləcəyi müddəa var. Kreml nüvə doktrinasının dəyişdirilməsinin Qərbə cavab olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 Noyabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri