ABŞ klubunun hücumçusu 10 oyunluq diskvalifikasiya olunub
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin "Minnesota" klubunun hokkeyçisi Rayan Hartman 10 oyunluq cəzalandırılıb.
"Report" Milli Hokkey Liqasının (NHL) mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu fevralın 1-də "Ottava"ya qarşı matçda rəqib hücumçu Tim Ştyutsla mübarizədə sərt oyun nümayiş etdirib.
R.Hartman almaniyalı rəqibini dirsəyi ilə vuraraq buzun üzərinə yıxıb. Nəticədə T.Ştyutslın dəbilqəsi düşüb və hokkeyçi kəsik yarası alıb.
"Minnesota"nın hücumçusu bu hərəkətinə görə oyunun sonuna qədər meydandan kənarlaşdırılıb. Diskvalifikasiya olunması ilə yanaşı, hokkeyçinin təxminən 488 min dollar cərimələnəcəyi də bildirilib.
Qeyd edək ki, "Minnesota" - "Ottava" matçı Kanada klubunun 6:0 hesablı qələbəsi lə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 04 Fevral 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















