ABŞ Kolumbiyada seçkilərə müdaxilə edənləri viza sanksiyaları ilə hədələyib
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau, Kolumbiyada keçiriləcək prezident seçkiləri prosesinə qanunsuz müdaxilə etdiyi Vaşinqton tərəfindən müəyyən olunacaq şəxslərə qarşı fərdi sanksiyalar tətbiq olunacağı ilə hədələyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Landau "X" sosial şəbəkəsində yazıb.
"Kolumbiyada ədalətli seçkilərin təmin edilməsi üçün Karib dənizi sahili və digər bölgələrdəki vəziyyəti diqqətlə izləyirik. Kolumbiyada demokratik prosesi sarsıtmaq və ya onunla manipulyasiya etmək niyyətində olanlar — istər səslərin satın alınması, istərsə də digər üsullarla olsun — bilməlidirlər ki, onlar özlərinin və ailə üzvlərinin ABŞ vizalarını təhlükəyə atırlar", — deyə o bildirib.
Məryəm Quliyeva
Baxış sayı:152
Bu xəbər 05 İyun 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















