ABŞ Konqresi qərar verdi: Epşteyn işi üzrə materiallar dərc olunacaq
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
ABŞ Nümayəndələr Palatası skandallı maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı materialların dərcini məcburi edən qanun layihəsini böyük səs çoxluğu ilə təsdiqləyib.
Teleqraf xəbər verir ki, “Epşteyn materiallarının şəffaflığı aktı” adlanan sənədin lehinə 427 konqresmen səs verib, yalnız bir nəfər əleyhinə çıxış edib.
Qanun layihəsi Senata göndərilib. Bildirilir ki, səsvermə həm demokratların, həm də bir sıra respublikaçıların, o cümlədən Marjori Teylor Qrin və Tomas Massinin təzyiqi nəticəsində mümkün olub. Onlar “discharge petition” mexanizmindən istifadə edərək Nümayəndələr Palatasının spikeri Mayk Consonun mövqeyini keçməyə nail olublar və məsələ səsverməyə çıxarılıb.
Epşteyn 2002–2005-ci illərdə Nyu-Yorkdakı malikanəsinə və şəxsi adasına onlarca yeniyetmə qızın səfərlərini təşkil etməkdə ittiham olunurdu. İstintaqın məlumatına görə, dəvət edilənlər arasında ən gənc qızın 14 yaşı olub. 2019-cu ilin avqustunda Epşteyn həbsxanada yarı huşsuz vəziyyətdə tapılıb və həyatını xilas etmək mümkün olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 19 Noyabr 2025 05:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















