ABŞ Konqresi rekord həddə 901 milyard dollarlıq hərbi xərclər təklif edib
Icma.az bildirir, Operativ MM portalına istinadən.
ABŞ Konqresi 2026-cı maliyyə ili üçün 901 milyard dollarlıq rekord hərbi büdcə layihəsini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yeni layihə Prezident Donald Trampın 892,6 milyard dollarlıq tələbini təxminən 8 milyard dollar üstələyir.
Büdcə Pentaqonla yanaşı digər müdafiə və təhlükəsizlik qurumlarının maliyyələşdirilməsini də əhatə edir.
Sənədlərə əsasən, ilkin olaraq Nümayəndələr Palatası administrasiyanın təklif etdiyi məbləği dəstəkləyib, Senat isə büdcənin 925 milyard dollara qədər artırılmasını təklif edib. Danışıqlardan sonra tərəflər kompromis variantda razılaşıblar.
Qeyd edək ki, 30 sentyabrda başa çatan 2025-ci maliyyə ili üçün ABŞ hərbi büdcəsi 884 milyard dollar təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 08 Dekabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















