ABŞ Konqresinin Büdcə Ofisi artım proqnozunu aşağı salıb
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Konqresinin Büdcə Ofisi (CBO) artım proqnozunu aşağı salıb.
Banco.az xəbər verir ki, ABŞ Konqresinin Büdcə Ofisi (CBO) yanvar ayında dərc etdiyi 2025–2028-ci illərə dair iqtisadi artım, məşğulluq, inflyasiya, faiz dərəcələri kimi göstəricilərlə bağlı proqnozlarını son iqtisadi inkişlaflar fonunda yeniləyib.
Yeniləmədə qüvvəyə minən yeni qanunlar daha aşağı xalis miqrasiya və daha yüksək gömrük rüsumları kimi amillərlə yanaşı, yanvardan bəri açıqlanan məlumatlar da nəzərə alınıb.
Buna əsasən, CBO ABŞ iqtisadiyyatına dair artım proqnozunu bu il üçün aşağı, 2026 və 2028 üçün isə yuxarı istiqamətdə yenidən nəzərdən keçirib.
Beləliklə, yanvar ayında 1,9 faiz olaraq proqnozlaşdırılan ABŞ-ın 2025-ci il iqtisadi artım gözləntisi 1,4 faizə endirilib.
Ölkə iqtisadiyyatının 2026-cı ildə 2,2 faiz, 2027 və 2028-ci illərdə isə 1,8 faiz artacağı proqnozlaşdırılıb.
CBO-nun bu il üçün inflyasiya proqnozu da 2,2 faizdən 3,1 faizə yüksəlib. İnflyasiyanın 2026-cı ildə 2,4 faiz, 2027 və 2028-ci illərdə isə 2 faiz olacağı təxmin edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 12 Sentyabr 2025 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















