ABŞ korrupsiyaya qarşı mübarizə təşkilatından çıxdı
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
ABŞ 1999-cu ildə Avropa Şurası (AŞ) tərəfindən yaradılmış Korrupsiyaya qarşı Dövlətlər Qrupundan (GRECO) çıxıb.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABC News ABŞ Dövlət Departamentinin sözçüsünə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ təşkilatdan çıxması ilə bağlı rəsmi bildiriş göndərib. Avropa Şurası isə bu qərardan təəssüfləndiyini bildirib və gələcəkdə əməkdaşlığın bərpa olunacağına ümid etdiyini qeyd edib.
Avropa Şurasının bəyanatında bildirilib ki, GRECO korrupsiyanın qarşısının alınması istiqamətində birgə səylər çərçivəsində ABŞ ilə əməkdaşlığı bərpa etməyə açıqdır.
GRECO 1999-cu ildə Avropa Şurası tərəfindən, 27 yanvar 1999-cu ildə Strasburqda imzalanmış Korrupsiyaya qarşı Cinayət Hüququ Konvensiyasına riayət olunmasına nəzarət etmək məqsədilə yaradılıb. Təşkilatda həm Avropa Şurasına üzv dövlətlər, həm də üzv olmayan ölkələr iştirak edə bilər.
ABŞ GRECO-ya 2000-ci ildə qoşulmuşdu.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 30 Sentyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















