ABŞ Macarıstana qoşun yeridə bilər KİV
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Almaniyadan Macarıstana köçürülməsi imkanını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" mənbələrə istinadən yazır.
Söhbət 35 min nəfərlik kontingentdən gedir.
"Tramp qəzəblidir. Çünki Avropa hakimiyyətləri müharibənin tərəfdarı kimi görünür", deyə nəşrin mənbəsi bildirib.
O qeyd edib ki, ABŞ müdafiə xərcləri üçün NATO-nun hədəflərinə cavab verən və onları artırmağa hazır olan ölkələrə qoşun göndərə bilər.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətindən "The Telegraph"a bildiriblər ki, Amerika hərbçiləri onların başqa yerlərə köçürülməsinə həmişə icazə verirlər. Onlar əlavə ediblər ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı konkret açıqlamalar verilmir.
"The Washington Post"un məlumatına görə, ABŞ-ın Avropadakı hərbçilərinin sayı 75 mindən 105 minə qədərdir. Martın əvvəlində qəzet yazmışdı ki, Donald Tramp ABŞ-ın keçmiş prezidenti Co Baydenin oraya göndərdiyi 20 min əsgəri Avropa İttifaqı ərazisindən çıxara bilər.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 08 Mart 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















