ABŞ Maliyyə Nazirliyi Maskın təşəbbüsü ilə 50 milyard dollar qənaət edib
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) artıq ABŞ-ın dövlət xəzinəsinə təxminən 50 milyard dollar qənaət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Fox News-a müsahibəsində məlumat verib.
Bessent bildirib ki, xərclərin azaldılması proqramı nəticəsində ABŞ-ın ÜDM-də bir neçə faizlik qənaət mümkün ola bilər.
Nazir, DOGE komandasının böyük həcmdə vergi məlumatlarına, xüsusən də fərdi vətəndaşlar haqqında məlumatlara çıxış əldə etmək cəhdlərinin amerikalıları narahat etməməli olduğunu vurğulayıb. Bu məsələnin Konqresdəki demokratları narahat etdiyi qeyd edilir.
DOGE-nin “departament” adlandırılmasına baxmayaraq, o, ABŞ-ın federal hökumətinin rəsmi strukturuna daxil deyil və yaradılması Konqresin təsdiqini tələb edir. Donald Tramp bu təşəbbüsü rəsmi dövlət qurumu deyil, Ağ Evə məsləhət verəcək şəxsi bir layihə olaraq izah edib.
Bloomberg-in məlumatına görə, DOGE komandası yalnız bu məlumatlara çıxış istəyib, lakin hələ də razılıq əldə etməyib.
Bessent həmçinin qeyd edib ki, IRS-in köhnəlmiş İT sisteminə nəzər yetirmək üçün yalnız bir şəxs vəzifələndirilib.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 19 Fevral 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















