Icma.az
close
up
RU
ABŞ Marşal Xidməti Maskın təhlükəsizliyini qorumağa cəlb olunub

ABŞ Marşal Xidməti Maskın təhlükəsizliyini qorumağa cəlb olunub

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ Marşal Təhlükəsizlik Xidməti (ABŞ Ədliyyə Departamentinin hüquq-mühafizə orqanı) öz təhlükəsizliyi üçün artan narahatlıqlar fonunda DOGE rəhbəri İlon Maskı qorumaq üçün dolayı yolla kömək etməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Marşal Xidməti bir sıra əməkdaşını Maskın şəxsi təhlükəsizliyinin qorunmasına cəlb edib. Bu, onun cangüdənlərinə federal hüquq-mühafizə orqanlarının əməkdaşları ilə eyni və bəzi hallarda daha çox səlahiyyətlər verir. Buraya odlu silahın daşınması və istifadəsi hüquqlarının genişləndirilməsi daxildir.

Həmçinin Maskla bağlı hər hansı insident baş verərsə, Marşal Xidməti artıq rəsmi məsuliyyət daşıyacaq. Maskın hazırda ölkənin yüksək vəzifəli şəxslərinin qorunmasına cavabdeh olan ABŞ Gizli Xidmətindən müdafiəsi yoxdur. CNN mənbələrinin qeyd etdiyi kimi, Maskın şəxsi mühafizəçilərindən neçəsinin federal agent səlahiyyətlərini aldığı hələlik bəlli deyil.

Kanalın Ağ Evdəki mənbələri izah ediblər ki, ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Mask onun təhlükəsizliyi ilə bağlı ciddi narahat olub. Onların sözlərinə görə, o, ətrafını qətl riskinin artması barədə məlumatlandırıb. Mənbələr vurğulayırlar ki, Maskın təhlükəsizliyinin ölçüsü onları heyrətləndirir və bu, bəzi aspektlərdə yalnız Trampın qorunma səviyyəsi ilə müqayisə edilə bilər.

Marşal Xidməti öz səlahiyyətlərini başqa şəxslərə həvalə etmək hüququna malik olsa da, bir qayda olaraq, bunlar digər federal xidmətlərin işçiləridir. CNN hüquq-mühafizə orqanlarındakı mənbə qeyd edib ki, federal agent səlahiyyətlərinin fərdi şəxslərə verilməsi qeyri-adi təcrübədir.

Tramp ABŞ hökumətinin səmərəliliyini artırmaq, şişmiş hökumət aparatını azaltmaq və bürokratiya ilə mübarizə aparmaq üçün Maskı DOGE-nin rəhbəri təyin edib. Amerika lideri qeyd edib ki, departament Ağ Evlə əməkdaşlıq çərçivəsində “kənardan tövsiyə və məsləhətlər verəcək”.

"NBC News"un məlumatına görə, yeni struktur federal hökumət daxilində tam hüquqlu departamentə çevrilməyəcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Fevral 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri