Icma.az
close
up
RU
ABŞ məhkəməsi Harvard Universiteti ilə bağlı qərar verdi: Qrantlar bloklanacaq?

ABŞ məhkəməsi Harvard Universiteti ilə bağlı qərar verdi: Qrantlar bloklanacaq?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Massaçusets Məhkəməsi Təhsil Departamentinin qənaətinə görə antisemitizm probleminin öhdəsindən gələ bilmədiyi səbəbindən ABŞ administrasiyasının Harvard Universitetinə tətbiq etdiyi 2.2 milyard dollardan çox məbləğdə qrantın bloklanması qərarını qanunsuz hesab edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "İzvestiya" nəşri məlumat verib.

Məlumata görə, hakim Ellison Berrouz ABŞ administrasiyasının arqumentlərini rədd edib. Onun məhkəmənin elektron məlumat bazasında dərc olunmuş qərarına əsasən, ölkə rəhbərliyi antisemitizmdən ölkənin aparıcı universitetlərinə qarşı məqsədyönlü, ideoloji motivli hücum üçün pərdə kimi istifadə edib.

"Bu hərəkətlər onilliklər boyu aparılan tədqiqatları və bu tədqiqatın nəticələrindən faydalanacaq şəxslərin rifahını təhlükə altına qoydu. Bundan əlavə, belə addımlar Konstitusiyada və federal qanunlarda təsbit olunmuş hüquqlara hörmətsizlik nümayiş etdirdi", - deyə sənəddə bildirilib.

Hakim qeyd edib ki, o, antisemitizmlə maliyyələşdirmənin bloklanmasının təsiri altına düşən tədqiqat layihələri arasında açıq bir əlaqə görmür. Eyni zamanda, Ellison Berrouz vurğulayıb ki, son illərdə Harvard Universiteti antisemitizmin təzahürlərindən əziyyət çəkib və bu problemin həlli üzərində daha yaxşı işləməli idi.

Xatırladaq ki, aprelin ortalarında ABŞ Təhsil Departamenti Harvard üçün 2,2 milyard dollarlıq qrantların və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib. Bundan əvvəl ABŞ administrasiyası təhsil müəsissəsinin siyasətində dəyişiklik edilməsini tələb edib və bunu yəhudiəsilli tələbələrin antisemitizmdən qorunması ilə əsaslandırıb.

"The New York Times" nəşrinin iddia etdiyi kimi, Harvard Ağ Evlə əməkdaşlıq etməyə çalışıb, lakin sonradan tələblər siyahısı "antisemitizmlə heç bir əlaqəsi olmayan maddələr" daxil edilməklə genişləndirilib. Harvard Universitetinin prezidenti Alan Qarber isə onları yerinə yetirməkdən imtina edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri