ABŞ Meksika sərhəddində divar tikintisi davam etdiriləcək KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin Meksika ilə sərhəddə divarın tikintisini başa çatdırmaq üçün maliyyə təmin edəcək qanuna ehtiyacı var.
KONKRET.az Bloombergə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Mayamidə Respublikaçılar Partiyasının qanunvericiləri qarşısında çıxışı zamanı deyib: ”Sərhəd xidmətinin şəxsi heyətinin rekord artımı üçün tam maliyyələşdirmə təmin edilməlidir. Həbsxanaların sayının əhəmiyyətli dərəcədə artması və sərhəd divarının tamamlanması da daxil olmaqla, bütün Sərhəd Patrul infrastrukturu və maneələri üçün lazım olan bütün xərclər vaxtında ödənilməlidir”. Tramp daha sonra bildirib ki, sənədləri olmayan miqrantları ölkələrinə qaytara bilməsələr bunun üçün yollar axtarılır.
Bundan əvvəl ABŞ-nin yeni müdafiə naziri Pit Heqset bildirmişdi ki, Pentaqon ABŞ və Meksika arasındakı sərhədə nəzarət etmək üçün bütün lazımi resursları təmin edəcək.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 28 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















