ABŞ Məsud Pezeşkianın strateji qərarlar verə biləcəyinə inanmır, çünki... AÇIQLAMA
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"ABŞ Prezidenti Donald Tramp İran rejimində yumşalma və sistemdə ciddi dəyişikliklər tələb edir. Təbii etirazlara qarşı insanların kütləvi olaraq küçədə güllələnməsi kimi hadisələr əlbəttə ki, insanlıqla bir yerə sığmayacaq hadisələrdir. Belə bir vəziyyət ABŞ üçün məqbul deyil".
Bunu Redaktor.az-a politoloq Natiq Miri ABŞ və İran münasibətlərinin gedişatından danışarkən bildirdi.
Onun sözlərinə görə, insanların küçələrdə avtomatik silahlarla kütləvi olaraq məhv edilməsi kontekstində ABŞ rəhbərliyi İran hökumət nümayəndələri ilə istənilən bir məsələdə danışıqlar apara bilməz:
"İstər nüvə məsələsi olsun, istər əməkdaşlıq - yəni heç bir perspektiv məsələləri müzakirə edə bilməz. Çünki bu ABŞ-nin hegemon imicinə böyük bir zərbə olardı. Bu həm də ABŞ üçün İran üzərində təzyiq yaratmaq nöqteyi-nəzərindən bir zəmin yaradır, yəni bir bəhanədir. Buna görə də ABŞ öncə hər hansı bir hərbi əməliyyatlar keçirmədən müəyyən şərtlər qəbul edilərsə, İran hökuməti ilə danışıqlara hazır olduğunu bəyan edir. Dolayısı ilə İran rejimində ciddi sistemsal dəyişikliklərə sövq etmək istəyir. Bu dəyişikliklər kontekstində əlbəttə ABŞ-nin tələblərinin İran hökuməti tərəfindən qəbul edilməsini tələb edir. Bu ABŞ-nin istəklərinin diplomatik yolla həyata keçirilmə yoludur. Ancaq bunun bu yolla baş verəcəyinə hər hansı bir təminat yoxdur. Çünki İranda sistemin ciddi dəyişikliklərə məruz qalacağı və ciddi islahatlara gediləcəyi ilə bağlı hər hansı bir əlamət görsənmir. Sözdə danışıqlara açıq olduqlarını bildirirlər. Bu da İrana hərbi hücumların qarşısını almaq və İrandakı etirazları səngitmək xarakteri daşıyır.
Bu gün Seyid Əli Xamenei rejmi, yəni Xameneinin rəhbərlik etdiyi qurum, eyni zamanda ona tabe olan, ancaq özü də müəyyən mənada güc mərkəzi olan İran İslam İnqilabı Mühafizəçiləri, yəni SEPAH kimi mühafizəkar qruplar hər hansı bir fundamental dəyişikliklərə, sistemdə dəyişikliklərə razı deyillər".
Müsahibimiz vurğuladı ki, İran Prezidenti Məsud Pezeşkianın rəhbərlik etdiyi hökumət dünyaya açıq olduğunu, ABŞ ilə danışıqlara hazır olduğunu bəyan etsə də, əsas qərarverici tərəf olan Xamenei və onu dəstəkləyən digər güc mərkəzləri bunun əleyhinə çıxış edirlər:
"Məsud bəyin də bir prezident kimi belə ciddi bir səlahiyyəti olmadığı üçün ABŞ hökumətlə birbaşa danışıqlara o qədər maraqlı görsənmir. Çünki istənilən həlledici anda Məsud bəyin strateji qərarlar verə biləcəyinə inanmırlar. İranda qərarverici tərəf əsas prezident və onun ətrafı deyil. Əsas qərar verən tərəf Xamenei və ona tabe olan qurumlardır.
Öncəlik diplomatiyaya verilmiş olsa da, açığı bu ehtimal o qədər də böyük görünmür. Bu ehtimalın güclənməsi üçün İranda etirazların davamlılığı və getdikcə güclənməsinə ehtiyac var. Bu etirazlar səngidiyi təqdirdə ABŞ-nin İran rejiminə təzyiq imkanları azalacaq.
Son günlərdə etirazçıların kütləvi olaraq öldürülməsi ABŞ-nin İrana müxtəlif səviyyələrdə hərbi müdaxiləsinə yol aça bilər. Söhbət sadəcə raketlər və qırıcı təyyarələrlə müdaxilədən getmir. Çünki bu nə qədər təsirli olmuş olsa da, bütövlükdə rejimin devrilməsinə imkan verməyəcək. Çünki rejim güclüdür. Müəyyən strateji obyektlərin vurulması hələ rejimin çökməsi demək deyil. Ən azından ötən il iyun ayında 12 günlük İsraillə bir müharibə təcrübəsi var".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 15 Yanvar 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















