Icma.az
close
up
RU
ABŞ mətbuatı İrana mümkün hücumun tarixini açıqladı

ABŞ mətbuatı İrana mümkün hücumun tarixini açıqladı

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qum saatı tərsinə çevrildi: ABŞ mətbuatı İrana mümkün hücumun tarixini açıqladı.

SİA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Yaxın Şərqdə müharibə riski getdikcə artır. ABŞ ilə İran arasında nüvə danışıqları davam etsə də, Vaşinqtondan gələn məlumatlar diplomatik həll axtarışlarının fonunda hərbi variantın da getdikcə daha çox müzakirə olunmağa başladığını göstərir. Diplomatiya masa üzərində qalır, lakin müharibə ehtimalı hər zaman yaxındır. Vaşinqton və Tehran arasında vaxt daralır, İsrail həyəcan vəziyyətindədir, diqqətlər isə Ağ Evə yönəlib. ABŞ mətbuatı mümkün hücumun tarixini də açıqlayıb.

ABŞ Prezidenti Donald Trumpa ordunun şənbə günü etibarilə İrana qarşı mümkün hücum üçün hazır olacağını bildiriblər. Lakin Trampın hələ yekun qərarını vermədiyi və hücumun həftəsonundan sonraya da qala biləcəyi qeyd olunur.

Yaxın Şərqdə gərginlik hər keçən gün artarkən, ABŞ–İran nüvə danışıqları kritik mərhələyə daxil olub. Vaşinqtondan yayılan yeni məlumatlar diplomatik səylər davam etsə də, hərbi variantların gündəmdə daha çox yer aldığını ortaya qoyur. Vaşinqton və Tehran arasında gərginlik yüksəlir, İsrail isə bu prosesləri diqqətlə izləyir. ABŞ mediasında yer alan xəbərlərə əsasən, ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri Prezident Trampa İrana qarşı mümkün hücum üçün ordunun hazır vəziyyətə gətirildiyini bildiriblər. Bununla belə, Trampın qərarını hələ dəqiqləşdirmədiyi və hücumun təxirə salına biləcəyi vurğulanır.

Trampa ordunun İrana qarşı mümkün hərbi əməliyyat üçün şənbə günündən etibarən hazır olacağını çatdırıblar. Ancaq hücumla bağlı yekun qərarın hələ verilmədiyi və qərarın həftəsonundan sonraya qala biləcəyi bildirilir.

ABŞ-ın İrana qarşı hücumu rəsmən təsdiqləməsi halında, mümkün cavab zərbələrinin qarşısını almaq məqsədilə Yaxın Şərqdə yerləşən Amerika personalının Avropaya və ya ABŞ-a köçürülə biləcəyi iddia olunur. Pentagon isə bu iddialarla bağlı şərh verməkdən imtina edib.

İrana qarşı mümkün hərbi addım üçün həftəsonuna işarə ediblər. Bildirilib ki, Tramp hələ yekun qərar verməyib və ən doğru addımı müəyyənləşdirmək üçün müşavirləri və müttəfiqləri ilə məsləhətləşmələri davam etdirir. Mənbələrdən biri “Prezident bu məsələ üzərində çox vaxt sərf edir” sözləri ilə prosesin nə qədər ciddi olduğunu vurğulayıb. Qeyd olunub ki, Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner vasitəsilə İranla aparılan dolayı danışıqlar barədə mütəmadi olaraq məlumatlandırılır.

ABŞ-li bir rəsminin sözlərinə görə, İranın danışıqlardan sonra ABŞ-la qarşıdurmadan yayınmağa yönəlmiş yazılı təklif təqdim etməsi gözlənilir. Eyni rəsmi bildirib ki, yüksək səviyyəli milli təhlükəsizlik müşavirləri Ağ Evin Situasiya Otağında İran dosyesini müzakirə etmək üçün toplaşıblar və bölgəyə yerləşdirilən bütün ABŞ qüvvələrinin mart ayının ortalarına qədər mövqelərini tamamlamaq ehtimalı var. Digər tərəfdən, ABŞ Dövlət katibi Marco Rubionun fevral ayının son həftəsonunda İsraildə Baş nazir Binyamin Netanyahu ilə görüşünün planlaşdırıldığı bildirilir.

ABŞ-ın İrana “yaxın zamanda” hücum edə biləcəyi ilə bağlı ehtimallar İsraildə həyəcan səviyyəsini yüksəldib. İsrail Ordusunun Daxili Cəbhə Komandanlığına yüksək hazırlıq göstərişi verildiyi qeyd olunur. İsrail mətbuatı yazır ki, Netanyahu hökuməti ABŞ-ın İrana hücum etməsi halında Tehranın İsrailə cavab zərbəsi endirə biləcəyini nəzərə alır. Bu səbəbdən Daxili Cəbhə Komandanlığına, mülki müdafiə və fövqəladə hallar qurumlarına “müharibəyə hazırlıq” göstərişi verilib. ABŞ-ın mümkün hücumu ehtimalı fonunda İsraildə bütün səviyyələrdə hazırlıq iclaslarının keçirildiyi bildirilir. Bununla belə, hücumun vaxtı və miqyası hələ də qeyri-müəyyən olaraq qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Fevral 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri