Icma.az
close
up
RU
ABŞ Müdafiə Naziri Ukraynaya daha çox silah satmaq üçün Avropaya gəlib

ABŞ Müdafiə Naziri Ukraynaya daha çox silah satmaq üçün Avropaya gəlib

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ-ın müdafiə naziri Pit Heqset Avropaya səfəri zamanı, NATO ölkələrindən Ukraynaya Amerika silahlarının satışı üçün nəzərdə tutulan "PURL təşəbbüsünə" daha çox töhfə gözlədiklərini bildirib. O, bu təşəbbüsün sülhə "güc yolu ilə" nail olmaq ideyasına uyğun olduğunu vurğulayıb.

Bizimyol.info xəbər verir ki, Heqset Brüsseldə NATO müdafiə nazirlərinin görüşündən əvvəl qeyd edib ki, sammitdən sonra NATO ölkələri artıq öhdəliklərini yerinə yetirməyə başlayıb və bu, yeni imkanlara çevriləcək. ABŞ bu prosesdə Avropadan “atəş gücü” gözləyir.

"PURL təşəbbüsü" çərçivəsində Avropa ölkələri ABŞ-dan silah alır və bu silahlar NATO vasitəsilə Ukraynaya verilir. Heqset bildirib ki, “güclü və real imkanlar düşmənlər tərəfindən hörmətlə qarşılanır” və sülh yalnız güclü olduqda əldə olunur. Onun fikrincə, bu təşəbbüs məhz bu məqsədə xidmət edir. Nazir əlavə edib ki, daha çox ölkənin təşəbbüsə qoşulacağı və Ukrayna üçün ABŞ silahlarının alınmasına maliyyə ayıracağı gözlənilir.

NATO baş katibi Mark Rutte isə bildirib ki, Almaniya, Niderland, Kanada, İsveç, Danimarka və Norveç artıq təşəbbüsə dəstək verirlər. O, bu gün digər ölkələrdən də yeni dəstək vədlərinin olacağını qeyd edib.

Hələlik Ukraynaya uzun mənzilli hücum raketlərinin verilməsi gündəmdə deyil, çünki bu, ikitərəfli danışıqların mövzusudur. Bu gün həmçinin Ukrayna-NATO Şurasının iclası və “Ramşteyn formatı” çərçivəsində Ukraynaya müdafiə dəstəyinin artırılması ilə bağlı müzakirələr keçiriləcək. Bu görüşlərdə "PURL təşəbbüsü" də əsas müzakirə mövzularından biridir.

Qeyd edək ki, təşəbbüs çərçivəsində artıq Ukrayna üçün altı növ silah razılaşdırılıb. Bu silahlar arasında "Patriot" hava hücumundan müdafiə sistemləri və digər hərbi avadanlıqlar da var. Ukrayna təşəbbüsə daha çox ölkənin qoşulmasını gözləyir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Oktyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri